Cümə axşamı, 18.04.2024, 09:18
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

                                                                                  Tərcümeyi - hal
Mən Quliyeva Nurlan Səəddin qızı 23 iyul 1974-cü ildə Göygöl rayonunun (keçmiş Xanlar rayonu) Üçtəpə kəndində anadan olmuş, 1991-ci ildə Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbini bitirmişəm. Həmin ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat və informatika fakultəsinə qəbul olmuş və orada ali təhsil almışam. 1996-cı ildən indiyədək riyaziyyat və informatika ixtisası üzrə Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində müəllim işləyirəm.

1996-cı ildən YAP-ın Göygöl rayon təşkilatının üzvüyəm.

Atam – Quliyev Səəddin Məmməd oğlu 10 may 1934 ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Ali təhsillidir. Hal-hazırda təqaüdçüdür.

Anam – Quliyeva Laləzər Dilən qızı 15 avqust 1948-ci ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Hal-hazırda təqaüdçüdür.

Qardaşım – Quliyev Muraz Səəddin oğlu 8 dekabr 1981-ci ildə Göyğöl rayonunun Üçtəpə kəndində anadan olmuşdur. BDU-nun Komrük işinin təşkili fakultəsini bitirmişdir. Hal-hazırda İştisasi üzrə işləyir.  

İşlədiyim müddətdə dəfələrlə Üçtəpə kənd orta məktəbində "İlin ən yaxşı müəllimi” olmuş, məktəb və Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən tərifnamələrlə, Gənclər və İdman Nazirliyi Göygöl rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmani ilə təltif edilmişəm.

Tərifnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ

Tərifnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayon Üçtəpə kəna orta məktəbi, 2010-cu il

İlin Ən Yaxşı Müəllimi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayon Üçtəpə kəna orta məktəbi, 2010-cu il

Milli Kulturoloji Mükafat

XI Bakı Kitab Bayramı "2010-cu ilin Yeni nəsil yazarı”, 27 may 2011-ci il

Fəxri Fərman

Gənclər və İdman Nazirliyi Göygöl rayon Gənclər və İdman İdarəsi, 02 fevral 2009-cu il

Arayış

Riyaziyyat müəllimlərinin ixtisasartıtma kursu, 01.X.2010-29.X.2010

Arayış

Müəllimlərin Peşəkarlıq  Səviyyəsinin Təkmilləşdirilməsi kursu, 19.X.2009 – 24.X.2009

Sertifikat

Yeni Yazarlar və Sənətçilər Qurumu "Kompyuter və İnternet bilgiləri, İKT vərdişləri” kursu, 30.VII.2010

Sertifikat

"İdrak məktəbi” konstruktiv təlim mərkəzi, "Konstruktiv təlim müəllimi”, 2010 sentyabr

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ bölmə iclası "Təhsil üçbucağı-konstruktivizm, texnologiya, riyaziyyat” 08.IX.2010

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ bölmə iclası "İKT-nin təhsildə rolu” 07.IX.2011

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi "İnteraktiv texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi”, sentyabr 2010

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi "İnteraktiv texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi”, may 2011

Milli Kulturoloji Mükafat

XII Bakı Kitab Bayramı İlin Dərs vəsaiti "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı, 18 may 2012-ci il

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi, İxtisasartıtma təhsili haqqında sertikat – I (birinci) dərəcə, 9 avqust 2012-ci il.

I. Kademe

Yenilikçi Öğretmenler - I. Kademe Kursu , 14 avqust 2012 – 18 avqust 2012.

Dörd kitab müəllifiyəm.

1. Fantastik əsərlərdən ibarət "Sirli kainat” adlı (YYSQ – "İKBƏR” seriyası – 2010) kitabım nəşr olunub.

 "Sirli kainat” elektron katoloqa daxil edilmiş və elektron variantda kitabxanalarda yerləşdirilib. http://www.kitabxana.net/?oper=readBook&id=1003 – Milli Virtual Kitabxana.

"Sirli kainat” adlı kitabıma və İnternetdə gənclər arasında apardığım işlərə görə XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində "2010-cu ilin Yeni nəsil yazarı”  nominasiyasında  mükafatlandırılmışam.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.12.2011-ci il tarixli 2172 saylı əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmiş digər kitabım "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlanır ( Bakı- "MBM” – 2012).

Kitab elektron katoloqa daxil edilib və elektron variantda kitabxanalarda yerləşdirilib. http://www.kitabxana.net/?oper=readBook&id=1335

 

"Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlı kitabım XII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində "İlin Dərs vəsaiti” nominasiyasında qalib olub.

3. "Fateh” adlı kitabım Yeni Yazarlar və Sənətçilər Qurumu ilə   http://www.kitabxana.net kulturoloji-innovativ layihə çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşrə hazırlanıb və yayılır http://kitabxana.net/?oper=readBook&id=1568 .

4.  Dördüncü kitabımın ideyaçısı olmuşam və nəşrə hazırlamışam. Kitab Yeni Yazarlar və Sənətçilər Qurumu ilə YYSQ Gəncə bölümünün rəhbəri olaraq mənim təşəbbüsümlə, Göygöl Rayon Təhsil Şöbəsinin təşkilati, www.kitabxana.net - Milli Virtual Kitabxananın informasiya dəstəyilə bölgə müəllim və şagirdlər arasında keçirilmiş "Heydər Əliyev məktəbi” adlı müsabiqədə qalib gəlmiş məqalələr əsasında hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Kitab Yeni Yazarlar və Sənətçilər Qurumuyla  http://www.kitabxana.net  - Milli Virtual Kitabxananın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı – intellektual-kreativ Azərbaycanımızı sevək…” şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində gercəkləşdirilən Müsabiqə və kulturoloji-innovativ layihə çərçivəsində nəşr və elektron nəşrə hazırlanıb.

"Heydər Əliyev məktəbi” (elmi-kütləvi məqalələr) Aydın Xan (Əbilov), Nurlan Quliyeva. Bakı, "MBM”, 2013, 124 s.

 http://kitabxana.net/?oper=readBook&id=1799 – Bakı 2013

 Kurikulum jurnalında "Konstruktiv təlimdə şagird biliyi özü əldə edir” və "Üçüncü sinif riyaziyyat dərsliyi. Paralal və perpendikulyar düz xətlər” adlı elmi maqalələrim, Ədalət qazetində orta məktəb dərsliklərinə aid rəy və təkliflərim dərc olunmuşdur.

Təhsil və Zaman qazetinin 31 mart 2013 il tarixli nömrəsində "Gənclərin virtual dünyası orta məktəbdən formalaşdırılmalıdır” mövzusunda məqaləm nəşr olunmuşdur.

www.kitabxana.net portalında iki fərdi bloq yaratmışam. Ədəbi- http://nuraz.kitabxana.net/  və elmi - http://nuraz7.kitabxana.net saytları.

Azərbaycan Respublikasının Təhsil Portalinda Aslan adlı portal yaratmışam- http://mysite.edu.az/personal/aslan/default.aspx. Orada və saytın formunda konsruktiv təlimlə keçirdiyim riyaziyyat dərslərinin mətnlərini, təqdimatlarını və elmi hekayələrimi paylaşıram.

http://www.ucoz.ru/ da ELM, MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT adlı - http://nuraz.ucoz.ru/ saytı yaratmışam.

www.kurikulum.az portalında vaxtaşırı dərsliklər, dərs vəsaitləri, təlim metodları ilə bağlı fikirlərimi bölüşürəm.

www.azpress.az – ın ədəbiyyat bölümündə - http://azpress.no-ip.org/blog/index.php?do=cat&category=k-yazs; www.tumib.az saytında- http://www.tumib.az/index.php?option=com_ninjaboard&view=userposts&id=267&Itemid=95; www.idrak-m.com, www.azerilobbi.com və başqa saytlarda vaxtaşırı məqalələrim dərc edilir.

Facebook qlobal şəbəkəsində http://www.facebook.com/#!/nurlan.quliyeva və  http://www.facebook.com/#!/nurlanq1 kimi saytlarım, http://www.academia.edu -da  http://nuraz.academia.edu/NurlanQuliyeva adlı profil səhifəm var.

Təhsil nazirliyi tərəfindən təşkil edilmiş Elekron Təhsil müsabiqəsinə beş nominasiyada işlərimi təqdim etmişəm.

http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewusersreview&user_id=2622&Itemid=34 – linqıdır.

2012-2013 tədris ilində Elektron Təhsil Musabiqəsi çərçivəsində keçiriləm 1 şagird, 1 kompüter müsabiqəsinin yekun turunda iştirak etmişəm.

Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölməsinin sədri,  www.kitabxana.net - Milli Virtual Kitabxananın Yaradıcı Şurasının üzvüyəm.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindənəm.

"Vergi Dostları” şəbəkəsinə 12 saylı Ərazi Vergilər Departamentindən seçilmiş Vergi Dostuyam.

Ailəliyəm, iki övladım var.

Uğurlarım kitablarımdı - Kitablarımın elektron variantları




                          

 





  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva