Cümə, 03.05.2024, 09:10
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » May » 11 » Aydın Xan. İki material. 1. "Dünya ədəbiyyatının Super və dəyərli 50 kitabı..." 2. Quttenberq layihəsi: e-kitabxanamızın sonu...
15:09
Aydın Xan. İki material. 1. "Dünya ədəbiyyatının Super və dəyərli 50 kitabı..." 2. Quttenberq layihəsi: e-kitabxanamızın sonu...

Dünya ədəbiyyatının Super və dəyərli 50 kitabını beləcə sıraladım: fəqət, zövq və intellektə basqı olmaz!!!

 

Aydın Xan (Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq 

 

 

Dünya ədəbiyyatının dəyərli 50 kitabı

 

 

Bir e-dostum məndən dünya ədəbiyyatının 50 ən dəyərli nümunələrini seçməkdə yardım istədi. Yazmışdı ki, 150 CİLDLİK "DÜNYA ƏDƏBİYYATI KİTABXANASI"ndakı ( http://www.kitabklubu.org/dak-abune.htm ) kitabların arasından ona seçim etməkdə kömək edim. Mən də o siyahıya bir də nəzər saldım və ixtisarlar apararaq aşağıdakı siyahını düzəltdim...

 

 

Fəqət unutdum ki, kitablarla yanşı bir də Əzəli - Səmavi - Müqəddəs (Super) Kitablarını və İnterneti "oxumağı" unutmasın!!!

 

 

 

I. Super Kitablar

 

 

1) Avesta

 

 

2) Budda Mətnləri

 

 

3) Bibliya 

 

 

4) Quran

 

 

5) "Kitabi-Dədə Qorqud"

 

 

6) Nizami Gəncəvi. "Xəmsə"

 

 

 

II. Klassik dünya ədəbiyyatı

 

 

 

1. Məhəmməd Füzuli. "Divanı". "Leyli və Məcnunu"

2. Conatan Svift. "Qulliverin səyahəti”

 3. Daniel Defo. "Robinzon Kruzo”

 4. Fyodor Dostoyevski. "Karamazov qardaşları"

5. Gi de Mopassan. Seçilmiş əsərləri 

6. Henrix Heyne. Seçilmiş əsərləri 

7. İohan Volfqanq Gete. Əsərləri 

8. Lev Tolstoy. Hərb və sulh

9. Mark Tven. Seçilmiş əsərləri 

10. Migel de Servantes. "Lamançlı Don Kixot” 

11. O’Henri. Seçilmiş əsərləri 

12. Oskar Uayld. Seçilmiş əsərləri 

13. Sədi Şirazi. "Gülüstan”, "Bustan”

 14. Vilyam Şekspir. Seçilmiş əsərləri 

15. Yunus Əmrə. Əsərləri 

 

 

III. Müasir dünya ədəbiyyatı 

 

 

16. Akutaqava Rünoske. Seçilmiş əsərləri

 17. Andrey Platonov. Seçilmiş əsərləri

 18. Artur Miller. Seçilmiş əsərləri

 19. Cerom Selincer. Seçilmiş əsərləri

 20. Con Faulz. Seçilmiş əsərləri 

21. Çingiz Aytmatov. Seçilmiş əsərləri 

22. Frans Kafka. Seçilmiş əsərləri 

23. Xorxe Luis Borxes. Seçilmiş əsərləri

 24. Xulio Kortasar. Seçilmiş əsərləri 

25. Karlos Kastaneda. Seçilmiş əsərləri 

26. Marsel Prust. Seçilmiş əsərləri

 27. Mixail Bulqakov. Seçilmiş əsərləri 

28. Nazim Hikmət. Seçilmiş əsərləri 

29. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri 

30. Paulo Koelye. Seçilmiş əsərləri 

31. Umberto Eko. "Qızılgülün adı” 

 

 

IV. Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri 

 

 

32. Alber Kamyu. Seçilmiş əsərləri 

33. Bernard Şou. Seçilmiş əsərləri 

34. Boris Pasternak. Seçilmiş əsərləri 

35. Ernest Heminquey. Seçilmiş əsərləri 

36. Günter Qrass. Seçilmiş əsərləri 

37. Harold Pinter. Əsərləri 

38. Jan-Pol Sartr. Seçilmiş əsərləri

39. Joze Saramaqo. Seçilmiş əsərləri 

40. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri 

41. Orxan Pamuk. Seçilmiş əsərləri

 42. Rabindranat Taqor. Seçilmiş əsərləri 

43. Uilyam Folkner. Seçilmiş əsərləri 

44. Yasunari Kavabata. Əsərləri 

 

 

V. Dünya ədəbiyyatı üzrə antologiyalar 

 

 

45. Latın Amerikası ədəbiyyatı antologiyası

 46. Ərəb ədəbiyyatı antologiyası

 47. Yapon ədəbiyyatı antologiyası 

48. XX əsr dünya ədəbiyyatı antologiyası, I cild 

49. XX əsr dünya ədəbiyyatı antologiyası, II cild 

50. XX əsr dünya ədəbiyyatı antologiyası, III cild

 

 

Bu kitabların bir çoxlarının azəricə elektron variantları - http://kitabxana.net/ portalında yerləşdirilib, Qalanları isə İnternetdə rus, türk və ingiliscə axtarılsa, mütləq gələcək... 

 

 

P.S. Təki ciddi mütaliəyə həvəs olsun...

 

 

 26 fevral, 2010-ci il. Saat 19:15

 

 

 

Quttenberq layihəsi: e-kitabxanamızın sonu olacaqmı!?

 

 

Aydın Xan (Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq 

 

 

 Məşhur naşirin adıyla bağlı kulturoloji Qüttenberq layihəsi – Azərbaycan ədəbiyyatının – yazılı xəzinəsinin elektron daşıyıcılara köçürmək və İnternet – Ümumdünya Elektron İnformasiya Şəbəkəsində yerləşdirmək məqsədi ilə həyata keçirilən proqram yarımçıq qaldı.

http://gutenberg.aznet.org saytına daxil olmaqla biz gəlişigözəl vədlərlə rastlaşsaq da, yenə pullar yeyildi, görüləsi işlər isə yarımçıq saxlanıldı…

Əslində isə, pərdəarxası söhbətlərdən məlum olur ki, səbəb tamam başqaydı…

Araşdırıcılar "60-cilar ədəbi nəsli”ndən sonra ədəbiyyatımıza gələnlərin yaradıcılıq nümunələrinin bu layihədə əks olunması üstündə böyük mübahisələrə girişdilər. Bu mənasız mübarizə, sözsüz ki, layihənin fəlsəfəsinə və texnologiyasına tamam zidd idi…

Layihədə olan "azərbaycanlı barmaq”larının verdiyi vədlər isə çox təmtəraqlı səslənirdi… Layihəni yerinə yetirənlərin dediklərinə diqqət yetirək. Layihənin məqsədi: əsası hələ 1970-ci ildə İllinoys Universitetinin professoru Maykl Hart tərəfindən qoyulmuş bu beynəlxalq layihə İnternet könüllüləri tərəfindən daha da zənginləşdirilir.

«Qutenberq» layihəsinin məqsədi: «Yaşadığımız dünyada yer kürəsinin əhalisinin daha çox mütaliə etmək və dünyadakı insanları anlaması üçün daha geniş miqyasda və sayda ölkələrin və mədəniyyətlərin ədəbiyyatına asan və pulsuz girişi təmin etməkdir».

Layihəyə yalnız müəlliflik hüququ müddəti 50 ili keçmiş əsərlərin daxil edilməsinə icazə verilmişdir. Qutenberq layihəsinin saytları dünyanın ən yaxşı saytları sırasına daxildir və orda ərəb, çin, macar, italyan, rumın, rus və b. dillərndə ədəbiyyat təqdim edən interfeysləri mövcuddur.

Qutenberqçilərin indiyə kimi yaratdığı elektron nəşrlər müxtəlifliyi və unikallığı ilə diqqəti cəlb edir. Burada Konan Doyl, L.Tolstoy, Homer, Martin Lüter, Tomas Ceferson, və s. müəlliflərin əsərləri milli dillərdə tövsiyə olunur. Sevindirici haldır ki, öz doğma dilində ədəbi irsi «Qutenberq» layihəsi üzrə İnternetə çıxarılan xalqların sırasına Azərbaycanın da adı əlavə olunmuşdur.

Layihənin yaranma tarixi: Ümumdünya humanitar qeyri-kommersiya təşəbbüsü çərçivəsində Azərbaycan dilində İnternet resurslarının yaradılması və yayılması sahəsində mühüm bir irəliləyiş olan «Qutenberq-Azərbaycan» layihəsi təşəbbüsü Soros Fondu Azərbaycan Açıq Cəmiyyət İnstitutu tərəfindən irəli sürülmüşdür (02.12.2002-ci il).

Azərbaycan dilində latın qrafikası ilə İnternet resurslarının artırılması və Azərbaycan ədəbiyyatına olan ehtiyacı nəzərə alaraq elan olunmuş «Qutenberq-Azərbaycan» müsabiqəsində respublikadan üç təşkilat – Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun «İnformasiya və biblioqrafiya» şöbəsi, M.F.Axundov adına Milli Kitabxanası, Xəzər Universitetinin Kitabxana-informasiya Mərkəzi kitabxanası qalib gəlmişdir.

SPONSOR TƏŞKİLAT: Soros Fondu Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu Azərbaycan Milli ədəbi irsinin rəqəmləşdirilməsi məsələlərinin beynəlxalq standartlara müvafiq tam əhatə edilməsinə və latın qrafikasında keçidlə əlaqədar müxtəlif mövzuda çap məhsullarına olan ehtiyacı nəzərə alaraq bu layihənin həyata keçirilməsini vacib hesab etmişdir. Layihə üzrə koordinasiya Şurası yaradılmış, maddi-texniki baza təmin edilmiş, elektron fondların tamlığına təminat verilmişdir.

 

LAYİHƏ İŞTİRAKÇILARI:

 

1. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun «İnformasiya və biblioqrafiya» şöbəsi F.e.n. Əmin Tahir oğlu Əfəndiyev, Zakirə Əliyeva.

Bakı, 370143, H.Cavid pr.31, Akademiya şəhərciyi. (4-cü mərtəbə, otaq №436) Tel.: +994 12 393667  

 

2. Xəzər Unversiteti Kitabxana-İnformasiya Mərkəzi (KİM) Gülşən Əzizova.

Bakı 370096, 11 Məhsəti küç. Tel.: +994 12 217916 Faks: +994 12 989379 Web: www.khazar.org  

 

3. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Mələk xanım Məmməd qızı Hacıyeva.

Bakı ş., Xaqani küç. 29 Web: www.anl.aznet.org

 

  İnsafən çox böyük zəhmət sərf edilərək bır çox işlər görülüb və aşağıdakı əsərlərin e-variantları hazırlanıb...

 

P.S. Avropa ölkələrinin çoxu bu layihəyə yox deyib oxşar milli İnternet-kulturoloji layihələr həyata keçirmək üçün külli-miqdarda vəsait sərf edirlər...

 

P.P.S Təəssüflər olsun ki, layihənin pulunu yeyib bitirəndən sonra İnternetdə onun izi-tozu da qalmadı...

 

20 avqust, 2009-ci il. Saat 18:35 

Просмотров: 1435 | Добавил: aslan | Рейтинг: 5.0/5
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva