"Elektron hökumət" – asan, maneəsiz, sürətli virtual xidmət
"...İKT sahəsində Azərbaycan, doğrudan da, son
illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt
sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən
bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik..."
İlham Əliyev
Bildiyimiz kimi, 2013-cü il Azərbaycan
Respublikasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 yanvar
2013-cü il tarixli Sərəncamına əsasən "İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edilmişdir. Sərəmcam Respublikamızda
İKT sahəsində görülən işlərə təkan vermiş, əsası ulu
ödər Heydər Əliyev tərəfindən qoyulan "Elekktron Azərbaycan” proqramı
(2003-2012) çərçivəsində həyata keçirilən "Elektron hökumət” layihəsini genişləndirmiş
və sürətləndirmişdir.
"İKT
sahəsində böyük layihələrin başlanğıc ili” adlandırılan 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peyki olan Azerspace-1 peyki (fevralın 8-də) orbitə
çıxarılmışdır.
"İKT ili” çərçivəsində həyata keçiriləcək
digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət
Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, "Azərbaycanda evlərə
optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli,
genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə
tutulmuşdur - layihə üç il müddətində həyata keçiriləcəkdir. Bu isə hər evin
internetə qoşulması və vətəndaşların "Elektron hökumət”in virtual xidmətlərindən
istifadə etməsinin asanlaşması deməkdir. Virtual xidmətlərin necə yerinə
yetirildiyini aydınlaşdırmazdan əvvəl virtual aləm haqqındakı fikirlərimi Sizlərə
çatdırmaq istəyirəm.
Virtual aləm real həyatın və xəyalların əks
olunduğu bir dünyadır. Burada proseslər sürətlə gedir. İnsanların mənəvi və
sosial həyatında öz əksini tapır, qloballaşmaya təsir edir.
Kənardan sakit görünən virtual dünya güclü
informasiya mübarizəsi şəraitində formalaşır. Nəticədə isə ortaq dəyərləri, mədəniyyəti
olan qlobal cəmiyyət yaranır. Bu cəmiyyətdə
söz sahibi olmaq, qloballaşmaya təsir etmək üçün dövlətin beyin mərkəzlərini
yüksək səviyyədə inkişaf etdirmək lazımdır.
Müasir İnsan informasiya mədəniyyətinə
malik olmalıdır. Çünki, virtual aləmdə hər bir şəxs davranış tərzi, mədəniyyəti
ilə dövlətini, xalqını təmsil etdir. Lakin virtuallaşma kortəbii gedərsə, ölkəmizə
böyük mədəni, iqtisadi, siyasi zərbə vura bilər. Sevindirici haldır ki, dövlətimiz
e-hökumət, e-məktəb, e-kitabxana və s. kimi layihələrlə bu sahədə məqsədyönlü,
planlı iş aparır.
Beynəlxalq Telekommunikasiya İttifaqının
verdiyi məlumata görə 2013–cü ilin sonunda dünya əhalisinin 2,5 milyardı (2012-ci
ildə dünya əhalisinin sayı 7 milyard olub) internet istifadəçisi olacaqdır. Ölkəmizin
Avropaya inteqrasiya etdiyini və internet istifadəçilərin 75% -nin Avropa
sakinləri olduğunu nəzərə alsaq ölkəmizin siyasi və iqtisadi həyatında virtual
aləmin böyük rol oynadığını görərik.
Virtual aləmə hər bir şəxs öz virtual
dünyagörüşü baxımından baxır. Virtual dünyanın anlaşılması virtual xidmətlərin
mahiyyətinin aydınlaşması və elektron xidmətlərdən istifadə etmək deməkdir.
Fikrimi kiçik bir hekayət üzərində izah
edim.
Baba, ata və oğul dünya səyahətinə
çıxmaq qərarına ğəlirlər. Baba xəyallar qurmağa başlayır. Ata pul toplayır. Nəvə
isə virtual səyahətə çıxır. Göründüyü kimi məqsədə nəvə daha tez çatır.
Deməli, nəsillərin virtual dünyagörüşləri,
internetdən istifadə bacarıqları fərqlidir. Cəmiyyətdə maarifləndirmə işlərinin
aparılması vacibdir. Bu məqsədlə "İKT ili” ilə əlaqədar keçirilən "Mən azərbaycanlıyam”
onlayın bilik yarışması və "Elektron hökumət” yazı müsabiqəsi təqdirəlayiq
layihələrdi.
"Elektron hökümət” xidmətlərin
elektronlaşaraq asanlaşması, məsafələrin azalması, vaxt itkisinin aradan
qaldırılması baxımından çox əlverişlidir. Fikrimcə, "Elektron hökümət” yazı
müsabiqəsinin əsas məqsədlərindən biri də bu həqiqətləri xalqımıza
çatdırmaqdır.
Bir vətəndaş və müsabiqənin iştirakçısı
kimi araşdırmalarımın sadə dildə izah edəcəyəm.
"Elektron
hökumət” nədir?
Elektron hökumət hər hansı bir ölkənin
dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə
yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş
hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını
internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya və müraciət edə bilər.
"Elektron hökumət” layihəsinin şəbəkədə
əks etdirən internet resursu "Elektron hökumət” portalıdır. "E-hökumət” portalı
bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin
etməklə "bir pəncərə” prinsipi əsasında işləyir.
Hazırda "Elektron hökumət” portalına 39
dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 200-dən artıq elektron xidmətinin
portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
Ölkəmizdə e-hökumət layihəsi "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə
Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən hazırlanmışdır və "Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
"Elekktron hökumət” portalında bir çox
nazirliyin bəzi xidmətlərindən qeydiyyatsız istifadə etmək mümkündür. Məsələn:
Dövlət Sosial Müdafiə Fondunun, Sığortaedənin uçot nömrəsinin öyrənilməsi kimi.
Portaldan tam istifadə etmək üçün müxtəlif
autentifikasiya vasitələrindən istifadə etmək lazımdır. Onlar aşağıdakılar:
1) RİTN tərəfindən verilən e-imza kartı
2) Elektron hökumət sistemi tərəfindən
vətəndaşa verilmiş kod
3) mobil autentifikasiya sertifikatı və
ya smartfon.
Elektron
imza
Elektron imza virtual aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitədir.
Rəqəmli çevricidən keçən əl imzasının, barmaq izlərinin, səsin və s
doğrulanmasını təmin edən vasitədir. Fikrimcə, elekkron sənədlərin
təhlükəsizliyinin qorunması baxımından da çox əhəmiyyətlidir. O elektron
sertifikat vasitəsilə bütün elekktron sənədlərə əlavə olunan, həmçinin
şəkil, audio, video fayl, və ya istənilən formatda olan faylları imzalayan və
məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Elektron
imza elektron hökumətin əsas atributlarından biri sayılır. O "Elektron
imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edildikdən sonra reallaşdırılmağa başlamışdır. 2011-ci ilin sentyabr ayından
rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə-adi
vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə,
həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imzanı Respublikamızın
poçt şöbələrindəki Qeydiyyat Mərkəzlərindən və Mərkəzin mütəxəssisləri
tərəfindən təşkil olunmuş www.e-imza.az saytından
əldə etmək olar.
Ümumiyyətlə, Respublikamızdaki müxtəlif dövlət
strukturlarının virtual xidməti Elektron Hökumət Portalında- https://www.e-gov.az/, Azərbaycan
Respublikası Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyinin saytlarında-http://mincom.gov.az/, http://rabita.az/ fəaliyyət göstərir.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları
tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən
"ASAN xidmət” mərkəzlərinin yaradılması da "Elektron hökumət”in
formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Fikrimcə,
"Elektron Hökumət” portalı hal-hazırda vətəndaşların tələblərinə cavab verir.
Zamanla da bütün komponentləri fəaliyyət göstərəcəkdir. Yeganə problem sadə
vətəndaşların elektron xidmətlərdən zəif istifadə etməsidir. Bunu isə
cəmiyyətdə maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. İnternet
istifadəçiləri arasında təbliğat isə daha tez nəticə verə bilər. Bu işi
"Elektron hökumət”in sosial şəbəkələrdəki səhifələri - https://www.facebook.com/egov.az?fref=ts, https://www.facebook.com/eimza.az?fref=ts, https://twitter.com/elektronhokumet, https://twitter.com/e_imza və bizlər
apara bilərik.
"Elektron
Hökumət”in inkişaf edən ölkələr sırasıda dayanması üçün vacib şərtlərdən biri
ölkəmizin İT sahələrində əlaqələrini genişləndirməsidir. Bu məqsədlə ABŞ və
Yaponiya ilə əməkdaşlaq edilik ki, bu da daha güclü "Eektron Azərbaycan”
yaradılacağından xəbər verir.
Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovun Yeni Azərbaycan Partiyasının
www.yap.org.az saytına müsahibəsində deyib: "Peykin buraxılması kimi mühüm
mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin
genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına
başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və
"Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk "Azərbaycan-ABŞ İKT
forumu”ndan sonra RİTN daha bir ilkə imza atacaq. Belə ki, fevralın 27-28
tarixlərində birinci "Yaponiya - Azərbaycan İKT forumu” keçiriləcək. Bununla da
ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən
ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə
tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də
dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha
da genişlənəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı
üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq,
onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı
tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni
inkişaf dövrünün də başlanacağını qoyur. Amma bu qarşılıqlı marağın ortaya
çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və
artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan
islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol
oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf
dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq,
müsbət tendensiyalarla əks olunur”.
Ölkəmiz bütün sahələrdə yeni inkişaf mərhələsinə
qədəm qoyduğundan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29
dekabr tarixli fərmanı ilə yeni innovativ iqtisadiyat quruculuğuna təkan verən
"Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya
ilə tanış olduqca iqtisadiyyatın müxtəlif sahələrində yüksək hədəflər olduğunu
gördüm. Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Müəllim kimi "Müasir təhsil
sisteminin formalaşdırılması” bölməsi diqqətimi çəkdi. Fikrimcə, təhsilə
ayrılan xərclərin artırılması, təhsil sisteminin informasilaşdırması müsbət nəticələr
verəcəkdir.
Beləliklə, inkişafı və yenilikləri nəzərə alaraq
qürürla deyə bilərik ki, Respublikamız inkişaf səviyyəsinə, İKT sahəsindəki
uğurlarına görə dünyanın inkişaf etmış ölkələrindən geri qalmır. "Elektron
hökumət” istifadəçilərə asan, maneəsiz, sürətli, mədəni virtual xidmət
göstərir. Təşəkkür edirik!
Nurlan
Quliyeva: riyaziyyat və informatika müəllimi, fantastik yazıçı
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin "Respublikada "Elektron hökumət": mövcud vəziyyət,
problemlər, perspektiv və gözləntilər" mövzusunda elan etdiyi yazı müsabiqəsi
üçün
|