Şənbə, 27.04.2024, 23:43
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2013 » Aprel » 18 » “Heydər Əliyev məktəbi” mövzusunda müsabiqə keçirilməsi haqqında
23:59
“Heydər Əliyev məktəbi” mövzusunda müsabiqə keçirilməsi haqqında

"Heydər Əliyev məktəbi” mövzusunda müsabiqə keçirilməsi haqqında

 

Ə S A S N A M Ə

 

 

  1. Ümumi müddəalar

 

 

1.1.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 1-ci bəndinin (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans və simpoziumların, müsabiqələrin, musiqi festivallarının, sərgilərin və idman yarışlarının keçirilməsi) icrasının təmin edilməsi.

1.2.  Bu Əsasnamə müəllim və şagirdlər arasında "Heydər Əliyev məktəbi” mövzusunda müsabiqə keçirilməsi qaydalarını müəyyən edir.

1.3. Müsabiqə Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Quliyeva Nurlanın  təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçı Göygöl Rayon Təhsil Şöbəsi, İnformasiya dəstəyi: www.kitabxana.net - Milli Virtual Kitabxanadır.

 

 

2. Müsabiqənin əsas məqsəd və vəzifələri

 

2.1. Əsas məqsəd – ölkədə Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, Heydər Əliyev siyasi irsinin gələcək nəsillərə aşılanması.

 

2.2. Əsas vəzifələr:

-       Heydər Əliyev  irsini müəllim və şagirdlər arasında təbliğ etmək;

-       Yeni nəsil arasında Heydər Əliyev haqqında məlumatlandırmanı artırmaq;

-       Heydər Əliyev irsini müəllim və şagirdlər vasitəsi ilə cəmiyyətdə təbliğini təskil etmək.

 

 

3.      Müsabiqənin təşkili və keçirilməsi qaydaları

 

3.1. Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı əlaqələndirmə Göygöl Rayon Təhsil Şöbəsi və Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin müəllimi Quliyeva Nurlan tərəfindən həyata keçirilir.

 

 

4.İştirak qaydaları

 

4.1. Müsabiqədə müəllim və şagirdlər iştirak edə bilərlər.

4.2. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının Göygöl Rayon Təhsil Şöbəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- pedaqoji məqalələr və ya esse yazı;

-  tərcümeyi hal;

-  şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin sürəti.

(Internetlə təqdim olunan işlər quliyevanurlan@gmail.com e-poçt ünvanına göndərilməlidir).

 

5.      Qaliblərin müəyyən edilməsi

 

      5.1. Qaliblərin müəyyən edilməsi üç mərhələdə keçirilir.

      1) Məktəb ən yaxşı müəllim və şagird işini müəyyənləşdirib Göygöl Rayon Təhsil şöbəsinə təqdim edir.

     2) Göygöl Rayon Təhsil Şöbəsində yaradılmış komissiya işləri nəzərdən keçirir. Seçilmiş işlər Yeni Yazarlar və Sənətçilər Qurumuna təqdim olunur (Internetlə təqdim olunan işlər quliyevanurlan@gmail.com e-poçt ünvanına göndərilməlidir).

    3) Yeni Yazarlar və Sənətçilər Qurumunun idarə heyyəti ən yaxşı on işi seçir.  

5.2. Qaliblər müəyyən edilərəkən təqdim edilmiş pedaqoji işlərin və esselərin elmi cəhətdən kifayət qədər əsaslandırılmasına, istifadə edilmiş ədəbiyyatın və mənbələrin siyahısının dəqiq göstərilməsinə, eyni zamanda məlumatların düzgünlüyünə xüsusi diqqət yetiriləcəkdir.

 

 

6.      Müsabiqənin qaliblərin mükafatlandrılması

 

6.1. Müsabiqə Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Quliyeva Nurlanın  təşəbbüsü ilə həyata keçirilir. İnformasiya dəstəyi: www.kitabxana.net - Milli Virtual Kitabxanadır.

6.2. Müsabiqədə  ilk 10 yerləri tutan işlər YYSQ - Milli Virtual Kitabxana tərəfindən elektron nəşr olunacaqdır. 

 

 

Məqalələr və esselər araşdırma xarakterli olmalı, 12 ölçülü Times New Roman şriftində, 8-9 min çap işarəsi həcmində təqdim edilməlidir.

Müsabiqəyə bu vaxtədək dərc olunmamış yazılar qəbul olunur.

Məqalələr16 aprel 2013-cü il tarixindən 30 aprel 2013-cü il tarixinədək Göygöl Rayon Təhsil Şöbəsinə çap vərəqində və elektron variantda təqdim edilməli  və ya quliyevanurlan@gmail.com e-poçtuna göndərilməlidir.

 

 

 

 

 

 

Просмотров: 784 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva