Kainat yaranışından Allahın sevgisindən güc aldı.
Ümumdünya cazibə qanunu qalaktikanı, planetləri vəhdətə saxladı. Tamlığa can
atan bütün yarımlar bu sevdaya həyat verdilər. Bütün münasibətləri elə ilk gündən
funksiyalar müəyyənləşdirdi. Rəvayətə
görə riyaziyyat ölkəsində funksiyalar ailəsi yaşayırdı. Təfəkkür dünyasında onun
mühüm yeri vardı. Ana arqumentlə ata funksiya çox xoşbəxt idilər. Ata ana
funksiyanın sərbəst fikirlərinə hörmətlə yanaşır, ondan asılı olaraq dəyişirdi.
Bir gün arqument müəyyən olunmuş səddi keçdi. Funksiya ətrafındakıların qınağına
tuş gəldi. İnteqral dostuna hirsləndi. - Sən
necə kişisən ki ailəni sərbəst buraxmısan! Mən inteqralam. İşarəm altında olan
bütün münasibətlər - funksiyalar mənə tabedirlər. Sözlər
funksiyaya ağır gəldi. Arqumentdən ayrıldı. Arqument sıfra bərabər- tənlik,
funksiya sıfır-koordinat başlanğıcı oldu. Ayrılıqda mənalarını itirdilər.
Kor-peşman barışdılar. Ailə
övladlarını başına toplayıb həyatına davam etdi. Müxtəlif münasibətləri ifadə
edən övladlar böyüyərək funksiyalar oldular. Ata onlardan razı idi. Lakin,
kiçik oğlu ərkəsöyünlük, özbaşınalıq edirdi. Funksiya keçmiş günlərini, səhvlərini
xatırladı. O, y = kx + b münasibətini
ifadə edən oğlunu danladı. Oğul: -
Ata, ailəmiz sərbəstdir. – dedi. – İstədiyimiz kimi hərəkət edə bilərik. Ata
acıqlanıb y = kx + b- də b = o etdi. y = kx funksiyası arqumentin sıfır qiymətində
sıfıra çevrildi. Oğul atadan
incidi. - Məni sən sıfır etdin. Ailəmi dağıtdın. - Günah özündədir. Sərbəst idiniz... - Xanımım səhv etdi - sıfır oldu. Ayrıldıq. - Hələ yaxşı qurtarmısan. Allahın səni sevib. Mənfiyə
düşsəysdi mənliyini, mənəviyyatını itirərdin. - Qadındakı gücə bax! - Bəs bilmirsən qadın yıxmayan ev yüz il tikili
qalar! - Qardaşlarım necə yaşayırlar? Kvadrat, kök və kəsr
funksiyaları deyirəm. - Onların da hər biri üçün arqument – qadın təhlükəsi
var! Kvadrat funksiya arqumentdən asılı olaraq sıfra çevrilə, əmsala görə mənfi
ola bilər. - y = √x-b münasibətini ifadə edən qardaşım xoşbəxtdi.
Kökün qanunları onu həmişə müsbət edir. - Doğrudur... Unutma ki kökaltı ifadə sıfır ola bilər.
Normal yaşayışımız üçün hamımız diqqətli olmalıyıq. Kəsr funksiyanı ifadə edən
oğlumun həyatı da arqumentdən asılıdır. - Niyə? - Arqumentin məxrəci sıfra çevirən qiymətində oğlum
sonsuzluqda yox olur! Axı sifra bölmə əməli yoxdu. Gənc funksiya xeyli fikrə getdi. - Deməli, biz funksiyaları arqumentlər idarə edir! - Düzdür. Bizlər yenilməz, məğrur, güclü görünürük!
Lakin, hamımız bizi idarə edən o qadından asılıyıq! Nurlan Quliyeva