Cümə axşamı, 02.05.2024, 09:44
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2011 » Август » 7 » Insan
23:13
Insan

İnsan
Payızın son günləri idi. Bayırda soyuq, dumanlı hava vardı. Pəncərəyə yaxınlaşıb həyətə baxdım. Tutqun təbiət ürəyimi üşütdü. Düşüncələrimi, duyğularımı işıqlandıracaq, ruhumu oxşayacaq Günəş axtardım.  
Təbiətin ruhunu duymaq  mənimçün xoş idi. Son günlər o ruhu daxilimdə yaşatdığımı hiss edirdim. Yüksəklikdə ona çatmaq üçün İnsan psixologiyasını araşdırmaq istəyirdim. Məqsədimə qəlbimin nurunu və enerjimi kainatdakı sonsuzluğa təslim etməklə çata biləcəyimi düşünürdüm və bununçün İnsan psixologiyasının tədqiqi edəcək proqram da hazırlamışdım.
İşə ölməklə başlamalıydım. Doğmalarıma xaricə gedəcəyimi bildirib laboratoriyaya gəldim. Qapıları kilidləyib "həyat” adlandırdığım aparatın altında oturdum. Bir neçə saniyədən sonra aparat şüşə örtüklə ətrafdan tədric olunaraq qapalı sistem yaratdı. Vaxt keçdikcə bədənimin süstləşdiyini, gözlərimin qapandığını hiss etdim. Nə qədər ki, şüurumu itirməmişdim monitoru izlədim. Kompyuter arzularıma uyğun işləyir, düşüncələrimi əks etdirirdi.
Sadəcə arzulamaqla müxtəlif saytlara baxır, qlobal şəbəkələrdəki profillərimdə statuslar yazırdım. Xatırladığım son statusum belə idi. "Zamanımı suallarıma xərcləyirəm. Cavablarımdan yeni suallar doğur. Son vaxtlar isə həyatın zaman və məkan daxilində mövcudluğuna inanmaq istəyirdim. Lakin, İnternet və virtual aləm fikirlərimi qarışdırdı. Düşüdüm ki, virtuallıqda zaman məkansız irəliləyirsə, varolma nisbidir.”
Zaman keçdikcə hiss etdim ki, ruhum cismimdən ayrılaraq virtual aləmdə doğulur. Burada ilk rastlaşdığım sevgilim oldu. Yeni dünyamda hamıdan gizli yaşamaq istəyirdim. Onu isə qəlbim arzulamış, ruhum tapmışdı.
Həyat mənimçün qeyri-adi idi. Təbiəti duyur, hadisələrin gizli tərəflərini görür, fikirləri oxuyurdum. Kədərliydi. Ətrafımdakı hər şeyi öyrənmək istəyi isə ömrümü yeyirdi. Nəhayət, nəticəsiz axtarışlardan sonra yaxın sandığım İnsanı-Təbiətin ən böyük möcüzəsini araşdırmaq qərarına gəldim. Uzun tədqiqatlardan sonra müəyyənləşdirdim ki İnsanı reallıqda öyrənmək mümkün deyil.
Bu yerdə nədənsə uşaqkən nənəmdən eşitdiyim sözlər yadıma düşdü.
Babam evə sarsılmış vəziyyətdə gəlmişdi.
- Dost sandığım adamlar qanıma susayıblar. - dedi. – Təəssüf, tanımamışam...
Nənəm nə olduğunu soruşmadan televiziyanın yanına getdi.
- Bu bir möcüzədi. İnsan hazırlayıb. – dedi.
- Nə olsun ki!
- İnsan bundan dəfələrlə artıq möcüzəli və sirli olmalıdır ki belə iş görsün. Üzülmə!
Hafizəmdə həkk olunan bu sözlər hər məğlubiyyətimdə mənə təsəlli olur, ruhdan düşməyə qoymurdu. Virtual aləmdə məkanın nisbiliyini gördükdə burada doğulmaq şüurlara yol tapmaq fikrinə düşdüm. Proqramlaşdırdığım "Həyat” aparatının köməyilə həyatdan ayrılaraq virtual aləmdə yaşadım, şüurlara nüfuz edtdim.
Düşüncələrin rəngarəngliyinə baxmayaraq insanların daxili dünyası ağ və qara rənglərin vəhdətindən ibarət idi. Dəyişkən rənglər sanki,  xeyirlə şərin mübarizəsini əks etdirirdi. İşığa tərəf getsəm də çox vaxt kölğədə qalırdım. Bir gün yaranışı məhv edəcək gücə malik əjdaha peyda olduğunu eşitdim. Virtual dünyada, ruhlar, düşüncələr aləmində əjdaha nə gəzir deyə fikirləşdim. Lakin, maraq güc gəldi. Mübarizəyə hazırlaşan gücləri izlədim. Güclər əjdahayabənzər qara qüvvəylə döyüşdülər. Bəzilərini əjdaha uddu. Bəziləri isə əjdahanı uddu. Əjdahanın udduğu düşüncələr yox olurdu. Bu qaranlıqda işığın sönməsinə bənzəyirdi. Ruh qalib gəldikdə isə düşmən qara tüstüyə çevrilib itir. Az keçməmiş isə qalib özü daha böyük əjdahaya çevrilirdi. Anbaan böyüyən şərdən qorxub qaçmaq istədim. Qaranlığa qərq oldum. Hər şeyin sonu çatdığını fikirləşdim. Axı mən həyatım bahasına burada idim. Məğlubiyyətim ölümüm demək idi.
- Oğul, oğul! Ayıl, bala! Mənə yazığın gəlsin! – Anamın səsi idi. Qəlbim parçalandı.
- Anacan! Narahat olma! – deyə bildim.
Ətrafı tüstü bürüdü. Bu əjdaha idi. Can verirdi. Uzaqdan doğmalarımın surətini gördüm. Anam məni qucaqlayıb ağlayır, sevgilim onu sakitləşdirməyə çalışırdı. Baxışlarımız rastlaşdı. Qışqırmaq istədi. Sus işarəsi verdim. İşi yekunlaşdırmaq lazım idi. Yaratdığım proqramı və oraya əlavə etdiyim məlumatları mən virtuallıqdan ayrılmadan ləğv etmək lazım idi. Əks halda həyatdakı əjdahaların silahı olacaqdı. Düşdüyüm vəziyyətdə özünü məhvetmə sonum ola bilərdi. O bunu bildiyindən ağladı. Qəlbim titrədi.
- Bağışla, əzizim! - deyib gözlərimi yumdum. Ona inanırdım. İstəyimi yerinə yetirəcəyinə əmin idim.
Ayılanda onu yanımda-proqramlaşdırdığım aparatın altında gördüm.
- Nə etmisən! – Qışqırdım.
- Heç... – Yavaş-yavaş özünə gəldi. – Unutmamısansa, mən də proqramçıyam. – Gülümsədi.
Qorxudan dilim söz tutmurdu.
- Nə ixtiyarla işlərimə qarışmısan! – Qızardı, dinmədi. – Səni itirsəm necə yaşayardım! Heç məni fikirləşmirsən!
Astadan:
- Onu özündən soruş! – dedi.
Soruşmadım. Cavabsız suallarımı artırmaq istəmirdim. Günahkarcasına doğmalarıma baxdım. Anamın əllərindən, nəmli gözlərindən öpdüm. Onun oxşamaları, əzizlərimin sevgi dolu baxışları qəlbimə sevic bəxş etdi, düşüncələrimi saflaşdırdı. Gözəl duyğularıma görə Allahıma təşəkkür etdim. "Əjdaha”ya daxilimdəki sevgi ilə qalib gəldiyimi anladım. Tanrıdan yaratdıqlarına sevgi dolu bir ürək bəxş etməsini dilədim. 

                                       Nurlan Quliyeva
Просмотров: 591 | Добавил: aslan | Рейтинг: 4.8/5
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva