Cümə, 03.05.2024, 13:29
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » May » 24 » İlin Dərs vəsaiti
01:24
İlin Dərs vəsaiti


     "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı. Gənc tədqiqatçı, fantastik əsərlər müəllifi Nurlan Quliyevanın eyniadlı dərs vəsaitiylə milli dərslik sahəsindəki orijinallığına, orta məktəb müəllimləri üçün əlavə tədris materiallarını əhatə etməklə, dəqiq elmlərlə məşğul olanlara ünvanlanan, milli intellektual-təcrübi ədəbiyyat sahəsindəki yeniliklərinə, fərqli üslubi-metodoloji uğurlarına görə layiq görülür.

   Mayın 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır! XII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri və 2011-ci ilin Milli Kulturoloji Müsabiqəsi qaliblərinın mükafatlandırma mərasimi keçirildi. Bildirildi ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının, eləcə də Azərbaycan Yazıçılar Birliyinin maddi-təşkilati yardımıyla bu ilin mart-iyun aylarını əhatə edəcək XII Bakı Kitab Bayramı – Azərbaycanda İllik Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, İnternet kitabxanaların təqdimatı, ədəbi görüşlər, müzakirələr, məktəblərdə, cəzaçəkmə müəssisələrində kitab bayramları və başqa tədbirlər təşkil olunub. 
PREZİDENT İLHAM ƏLİYEV cənablarının imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, həmçinin Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, İnternet resurslarının inkişafı bölümlərinə, həmçinin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" uyğun olaraq təşkil olunmuşdu. 
Builki XII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyəti - 94, mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov 200 illik yubileyi, "Eurovision-2012: Bakı” mahnı müsabiqəsi kimi əlamətdar hadisələrə həsr edilib

"Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı. Gənc tədqiqatçı, fantastik əsərlər müəllifi Nurlan Quliyevanın eyniadlı dərs vəsaitiylə milli dərslik sahəsindəki orijinallığına, orta məktəb müəllimləri üçün əlavə tədris materiallarını əhatə etməklə, dəqiq elmlərlə məşğul olanlara ünvanlanan, milli intellektual-təcrübi ədəbiyyat sahəsindəki yeniliklərinə, fərqli üslubi-metodoloji uğurlarına görə layiq görülür.









Просмотров: 731 | Добавил: aslan | Рейтинг: 5.0/5
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva