Şənbə, 27.04.2024, 13:47
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2013 » Август » 9 » Təşəkkürlər!
13:33
Təşəkkürlər!

Təşəkkürlər!

Təbiət sevildikcə saflaşır, saflaşdıqca gözəlləşir, gözəlləşdikcə sağlam həyat-ruh verir. Yaradılmış hər bir sağlam varlıq isə sirli təbiətin sükutundan duyğularını, səsindən  əhvalını anlayır.

Təbiəti duymaq, əhvalını anlamaq və ruhumu sağaltmaq üçün bir müddət ucqarlarda-insan ayağı az dəyən yerlərdə yaşamaq istədim. Lakin ucqar dağ kəndlərində gördüyüm həqiqərlər mənə təbiətin İnsan zəkası ilə gözəlləşdiyini göstərdi, dünyanın İnsanlığa möhtac olduğunu anlatdı.

Dağ kəndlərinin təbii gözəlliyi həmişə diqqətimi cəlb edib. Dağ yollarının keçilməz olması isə heç vaxt bu yerlər haqqındakı xoş xatirələrimin üzərinə kölgə salmayıb. Ancaq, yolların yağışlı və qarlı günlərdəki vəziyyətini təsəvvür edib dağların hamı, hətda Tanrı tərəfindən belə unudulduğunu fikirləşmişəm...  

Respublikamızın bütün bölgələri gözəldir və bu gözəllikləri sözlə təsvir etmək çox çətindir. Məqaləmdə Daşkəsən rayonun ucqar dağ kəndlərinin gözəlliyini sözün imkanı daxilində təsvir edəcək, orada gedən işlərlə sizləri tanış edəcəyəm.

Daşkəsən rayonu dağların qoynunda yerləşir. Rayona çatdıqda dağların təmiz havası könül oxşayır. Kəndlərdə gül-çiçək ətirli qoxu adamı bihuş edir. Gözəl məkanlar yamyaşıl təpələrdən, göz oxşayan gül-çiçəkli düzənlik və hündür təpəliklərdən başlayır, meşəliyə bürünmüş dağlar və sıldırım qayalıqlarla davam edir. Dağlara kənardan baxanda adama elə gəlir ki bəzən dumandan, bəzən səmadakı dumanlıqdan, bəzən isə buluddan papaq qoymuş yaşıl libaslı gözəllər bir-birinə söykənib dərin, şirin bir yuxuya gediblər. Oyansalar gözəllikləri birə min artar, həyatı, təbiəti işıqlandırar, qəlbləri nurlandırarlar. 

   Dağlara ilk gəlişim 4-5 il əvvəl olmuşdu. O vaxtlar bir maşının keçə biləcəyi dağ yollarını yağış və qar suları yuyub kələ-kötür hala salmış, yarrağanlar yaratmışdı. Maşınımız iri daşların üstü ilə sünərək getmiş, hər an qayalıqdan sürüşüb alt tərəfə yuvarlanmaq və ya üstdən gələn qaya ucqununun altında qalmaq təhlükəsini üstələmişdi. Hətda qardaşım yolda bir neçə dəfə maşının daşa dəyməsini bəhanə edib bizi düşürtmüşdü. Saat yarımlıq yola beş saata qədər vaxt sərf etmişdik. Onda da Təbiətin gözəlliyinə heyran olmuşdum. Ancaq yollardakı təhlükəyə görə bir daha bu yerlərə gəlməyəcəyimə söz vermişdim-özümçün deyil, doğmalarımçün qorxmuşdum.

Yerli sakinlərdən soruşmuşdum.

- Yağışda, qarda xəstələnən olsa nə edirsinz?

- Allahın rəhminə sığınırıq... – demişdilər.

Sonralar diqqət etmişdim ki bir-birinə yaxın dağların qoynunda salınmış kəndlərin əksəriyyətində demək olar ki yaşayış yoxdu. Kəndlərdə qalan əhalinin 80%-i isə ya imkansız ailələr, ya da tənha qocalardı.

İllər sonra bu yerlərə xəstə ruhuma məlhəm olacaq gözəllikləri görmək, Təbiəti duymaq, Allahıma daha yaxın olmaq üçün gəlmişdim-həyatda qarşılaşdığım haqsızlıq yalnız əsəblərimi deyil, ruhumu da yaralamış, acı dəirmanlarsa yalnız fiziki gücümü bərpa etmişdı...

Yollarda xəyala daldığımdan kəndə necə, nə vaxt çatdığımızı bilmədim.

Dağların döşündən enli yol çəkilir, asfalt tökülürdü. İş prosesini görmədiyimdən yol çəkənlərin iri qayalıqları partladıb yolu genişləndirdiklərini fikirləşdim. Səhəri gün iş kəndin içində davam etdi.

Yolğullar adlandırılan bu kənd bir-birinə yaxın bir neçə dağda salınmışdır. Dağlar otu da dəirman olan- kəklik otu, qəfli, cəmən, ramaşka, andız, boy çıçəyi, sancı çiçəyi, qantəpər və s. yaşıllıqdan ibarətdir. Yağış yağdıqda gül-çiçəyin ətri su buxarına qarışıb aləmə yayılır. Dağların yuxarı hissəsində əsasən həyətlərdə meşə ağacları var. Aşağı-çayın sahilinə endikcə ağaclar çoxalır, meşəlik başlayır. Şaydan sonra isə meşəlikdən ibarət dağ silsiləsi yüksəkliklərə doğru davam edir.

Kənddə küçələr və evlər nizamsız yerləşmişdir. İri qaya daşlarından tikilmiş evlər əsasən bulaqlara yaxın yerlərdə tikilmiş, uçqun nəzərə alınmışdı.

Traktorlar kəndin içində işləyərkən da qayalıqdan  yol çəkməli oldular. Mənə maraqlı gəldi işlərini müşühidə etdim. Qalaksi adlanan maşınlara traktor demək mümkün deyildi. İnsan zəkası mümkünsüzü mümkün etmişdi. Maşınlar qeyri-adi fantastik güclə dağları yarıb, qayaları parçalayır, iri daşları xirdalayıb yola verirdilər.

İlk gəlişimdə kənddə bir neçə adamla rastlaşmışdım. İndi isə kənddə kənd evlərinin tutumundan dəfələrlə çox əhali ilə rastlaşdım. Kənd gözəlləşmışdi. Hiss etdimki burda Təbiət İnsanlara, insanlarsa İnsanlığa görə sevinirlər.

Yolda iş getdiyi müddətdə kənd ağsaqqalı, bələdiyyə sədri, əhalı ilə görüşdüm, söhbət etdim.

Yolun Daşkəsən, Qazaxyolçular, Zağalı, Qarağollular, Yolğullar, Zinzahal, Almalı, Kollu kəndlərini əhatə etdiyini, 8-10 m enində olduğunu öyrəndim. Uzun müddət Daşkəsən rayonun Təhsil Şöbəsinin müdiri işləmiş, indi pensiyaya çıxmış Məsim müəllim:

- Belə yerlərə belə yolların çəkilməsi çox böyük işdir. - dedi. – İş Prezidentin sərəncamı ilə başlanmışdır.

Görüşdüyüm kənd sakinləri yolların dağ kəndlərinə can, yeni həyat verdiyini söylədilər. İlham Əliyev cənablarına təşəkkür etdilər, həmişə onu dəstəklədiklərini bildirdidər.

Mən də kənd sakinlərinə qoşulub dövlətimizin və cənab Prezidentin siyasətini dəstəkləyirəm və ona bütün işlərində uğurlar arzulayiram! Respublikanın bütün bölğələrində gedən quruculuq işlərinə görə təşəkkür edirəm!

http://www.youtube.com/watch?v=oonJpjsz3dM

http://www.youtube.com/watch?v=SOv1S6g7gys

http://www.youtube.com/watch?v=P4x5hQ1okJ0

Nurlan Quliyeva

Просмотров: 641 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva