Cümə, 03.05.2024, 11:30
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » May » 26 » Təsadüf - təqdimat
15:30
Təsadüf - təqdimat

     Rayonda:

         - Get səndən xoş xəbər gözləyirik! – dedilər.

         - Nəzərə alın ki, şansım yoxdu.

         Yarızarafat-yarıciddi:

         - Yaradıcı xanım, müəllimlik də yaradıcılıqdır. Özünü göstər. – söylədilər. – Ürəyin nə deyir?

         - Heç nə...

         - Yaradıcı insanlar Tanrıya yaxın olurlar. Nəsə hiss etməlisən.

        Astadan:

         - Sağlıq olsun... – deyib söhbəti kəsdim. Boş ümidi xoşlamadım. Həm də nədənsə narahat idim.   

         Bakıya gəldim. Nazirliyə tez çatmaq üçün taksi çağırdım. Sürücü yolu itirdi. Gecikdim.

         Təqdim olunacaq materiallar kompyutere yüklənəndə flash kartım açılmadı. Mövzunu diskdən götürdük. Təqdimatda isə kompyuter dondu. Tutuldum.

         Misir müəllim:

        - İmkan verin danışsın sonra çəkərsiniz! – deyəndə bir az sakitləşsəm də fikirlərim dolaşmışdı.

         Aşağı bal aldığımı eşidəndə təəccübləndim. Çünki, "Yeni virtual dünyaya niyə məktəbdən başlamayaq?” mövzusunun gərəkli olduğunu zənn etmişdim. Lakin, 10 dəqiqəlik çıxışı 6 dəqiqəyə yekunlaşdırdığımı və riyaziyyatdan çox az danışdığımı öyrənəndə reallıqla barışdım.

        - Qismət deyilmiş!

        Xəbərdarlıqları anlaşaydım bəlkə, səhvlərimi düzəldərdim. Görünür Yaradana o qədər də yaxın deyiləmmiş. Maraqlısı isə sonrakı hadisələri də anlamamağım oldu.

        Müxtəlif yerlərdən birgə işləmək təklifi aldım. Xalaoğlu bu cür işləməkdənsə, elmi iş götürməyin məsləhət olduğunu dedi. Səhərisi qərarsız lazımı yerə müraciət etdim.

        Nəhayət, evə qatarla qayıtmağı planlaşdırmışdım. Bilet alarkən oğlumun sənədində anlaşılmamazlıq oldu. Yer satıldı. Yol yoldaşım dokturluq işinin müdafiəsinə hazırlaşan gözəl bir qadın oldu. Ünsiyyətcil xanım yol boyu məni danışdırdı və mudafiə üçün real imkanlarım olduğunu dedi.

        Bir neçə gün keçdi. Olub-keçənləri bir yuxu zənn edib unutmaq istədim. Lakin, nədənsə qeyri-adiliyi ilə seçilən o xanımdan narahat idim. Zəng etdim.

       - Allah razı olsun! – söylədi. – Evdəyəm... Təsadüfi görüşümüz düşərli oldu.

       - Sağ olun! Şadam! – dedim. - Həyatda təsadüfi heç nə yoxdu.

       Sözlər öz düşüncələrimi də aydınlaşdırdı.

      - Təsadüflər taleyimizdir.  – deyə fikirləşdim. – Onu anlamalı deyil yaşamalıyıq.  

                                                                         Nurlan Quliyeva


Прикрепления: Şəkil 1
Просмотров: 533 | Добавил: aslan | Рейтинг: 5.0/3
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva