Cümə, 29.03.2024, 04:32
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2014 » Август » 5 » Yeni Yazarlar və Sənətçilər Qurumunun Bəyənatı
14:44
Yeni Yazarlar və Sənətçilər Qurumunun Bəyənatı
Azərbaycan yeni nəsil kreativ və intellektuallarının dünyaya kəskin müraciəti...
 
Yeni Yazarlar və Sənətçilər Qurumunun Bəyənatı
 
 
 
Biz, yeni nəsil yazıçılar, jurnalistlər, blogerlər və sənətçilərin gənc nümayəndələri olaraq beynəlxalq təşkilatların rəhbərlərinə, dünya ictimaiyyətinə, ATƏT-in Minsk Qrupuna, Avropa Şurası Parlament Assambleyasına, BMT-yə, YUNESKo, İSESKO, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də həmyaşıd kreativlar, intellektuallar, müəlliflər və oxuculara müraciət edərək sizlərin diqqətini bir daha Cənubi Qafqazda, Azərbaycan ərazisində- Qarabağda, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətə cəlb etmək istəyirik. 
Ölkə və dünya ictimaiyyətinin həyəcanla izlədiyi hadisələr – işğalçı Ermənistan ordusunun və işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmış erməni terrorçlarının son günlər ərzində tötərdiyi qətliamlara diqqət ayırmağınızı, belə mənfur hallara qaşı haqq səsinizi qaldırmağınızı xahiş edirik. Ermənistan tərəfinin atəşkəsi ciddi şəkildə pozaraq Azərbaycan tərəfinə qəfil hücuma keçməsi nəticəsində onlarla Azərbaycan əsgəri və zabiti həqiqi hərbi xidməti həyata keçirərkən həyatlarını itirmişlər. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə daxil olan torpaqları işğalda saxlamaqla yanaşı son günlər həyata keçirdiyi ardıcıl hərbi hücumları nəticəsində bölgədə mövcud olan vəziyyəti daha da gərginləşdirmiş və regional təhlükəsizliyə ciddi təhdid yaratmışdır. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ABŞ və Avropanın aparıcı QHT və media qurumlarına, qərbdə fəaliyyət göstərən təsisatlara müraciət ünvanlayaraq yaranmış vəziyyətdə Ermənistanın işğalçı siyasətini və regionda sabitliyi ciddi pozduğuna görə qəti surətdə qinanmasını, Ermənistan dövlətinə qarşı ciddi sanksiyaların tətbiq olunmasına çağırırıq.
 
 
Xatırladaq ki, Ermənistan tərəfinin hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan tərəfi öz suverenliyini müdafiə etməyə və təhlükəsizliyini təmin etməyə məcburdur və yaranan hərbi qarşıdurma nəticəsində nəinki hərbi, eyni zamanda cəbhə xəttinə yaxın məskunlaşmış mülki əhali arasında, xüsusən uşaq və gənclər arasında itkilərin qeydə alınması istisna deyil. Bu baxımdan təşkilat Ermənistanın təcavüzünü və regionda sabitliyin pozulmasına səbəb olan hərbi əməliyyatları başlatmasını ciddi şəkildə pisləyir və qarşıdan gələn günlər ərzində bu məsələni iştirak etdiyi bütün beynəlxalq təbdirlərdə və platformalarda qaldıracağını, Ermənistana sərt təpki verilməsini, işğalı dayandırmayana kimi bu ölkənin beynəlxalq aləmdən təcrid olunmasını, müvafiq beynəlxalq platformalarda və tədbirlərdə iştirakının dayandırılmasını, bu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini tələb kimi qoyacağını bəyan edir.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 21 ildən artıq müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan öz silahlı qüvvələri vasitəsilə son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş və 10-dan artıq Azərbaycan əsgərini şəhid etmişlər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olmuşdur. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın və ona bu azğınlığını dayandırmağa gücü çatmayan, ölkəmizin ərazi bütövlüyünün pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür.
Müxtlif danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin, Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər. Lakin heç bir qəti nəticəyə nail olmayan bu həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələrdə bu məsələdə işğalçı dövlətə təzyiqlər etməlidirlər.
Bir daha beynəlxalq təşkilat və qüvvələrdən iyirmi fais ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik. Təmas xəttində əsasən gənclər, eləcə də mülki vətəndaşlar arasında məktəbli və yeniyetmələrin öldürüldüyü, çoxsaylı insanların yaralandığını xatırlatmaqla yanaşı, ana təbiətə, flora və faunaya, meşələrə ziyan vurulduğu, tarixi abidələr və yaşayış evlərinin dağıdılması, adamların sivil yaşayışı, işləməsi və təhsili üçün təhlükələrin olması biz yaradıcı intellektualları və kreativ gəncləri çox narahat edir. Müharibə şəraitində yaşayan yaradıcı gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, eləcə də Ermənistan Respublikası tərəfindən regionda aparılan işğalçı siyasət nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik. Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırır, Azərbaycanın kreativ və intelektual gənclərinin səsinə hay verməyinizi istəyirik!
Yeni nəsil kreativlərin təşkilatı olaraq YYSQ Ermənistan və Azərbaycan cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edir. Müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq, beynəlxalq gənclər ictimaiyyətinə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini,ədalətli mövqey nümayiş etdirməsini xahiş edirik.
 
Yeni nəsil yaradıcı gənclər, intellektuallar, kreativlər və blogerlər adından, 
Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyəti
 
Bakı, 04.08.2014
 
P.S. Bəyanat aşağıda adı göstərilən bütün beynəlxalq qurumlarına göndərilir: Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk qrupu, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlar konqresi, YUNESKO, İSESKO, Dünya “Pen-Klub”ları Birliyi və b.
Просмотров: 771 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva