Bazar, 28.04.2024, 19:14
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » Август » 4 » Azərbaycanda ilk dəfə - kulturoloji-fəlsəfi müzakirə: Nəsimi ...
22:50
Azərbaycanda ilk dəfə - kulturoloji-fəlsəfi müzakirə: Nəsimi ...

Azərbaycanda ilk dəfə - kulturoloji-fəlsəfi müzakirə: Nəsimi ...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Azərbaycan Gənclər Fondunun qismən maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən həyata keçirilən "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunub.

Avqustun 4-də Yeni Yazarlar və Sənətçilər Qurumu "Yeni Yazarlar" ədəbi-kulturoloji kurs çərçivəsində növbəti tədbirini - "Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?..." mövzusunda kulturoloji-fəlsəfi məclis keçirdi.

İnteraktiv polemika, sual-cavab formatlı tədbiri YYSQ İH üzvü, kursun əlaqələndiricisi, Prezident təqaüdçüsü, istedadlı yazar-publisit Zaur Qəriboğlu açdı və bildiri ki, artıq bir neçə ilkə imza atmış, rəngarəng tədbirləri ilə ədəbi-mədəni mühiti canlandırmış, real və virtual layihələri ilə yeni nəsil yazarların, blogerlərin, ədəbiyyat həvəskarlarının marağını cəlb edə bilmiş "Yeni Yazarlar" ədəbi-kulturoloji kurs növbəti ictimai-mədəni müzakirəni təşkil edir.

YYSQ sədri, kursun ümumi rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) tədbir iştirakçıları qarşısında çıxış edərək məlumat verdi ki, bu müzakirə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Azərbaycan Gənclər Fondunun qismən maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən həyata keçirilən "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunub. Kulturoloji layihə haqqında gənc yazarlara geniş açılqama verən Aydın Xan (Əbilov) daha sonra İmadəddin Nəsiminin Azərbaycan tarixində, intellektual-dini, poetik-fəlsəfi, ədəbi-ideoloji, sosial-mədəni düşüncəsindəki yeri barədə fikirlərini bölüşdü, hürufizmin qızğın tərəfdarı, insan azadlığının tərənnümçüsünün, eləcə də fəlsəfi fikrimizi inkişafındakı dəyərli rolu olan humanitar düşüncə sahibi kimi Nəsimi və nəsimiliyin çağdaş dövrümüzdə də öyrənilməsi, ciddi analiz edilərək yararlanmağının vacibliyini vurğuladı.

"Yeni Yazarlar" ədəbi-kulturoloji kursun dinləyiciləri və digər qonaqlar qarşısında "Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?" mövzusunda kulturoloji-fəlsəfi mövzuda fəlsəfəçi-araşdırmaçı, Asif Ata davamçısı Soylu Atalı geniş mühazirə ilə çıxış etdi. Tarixi-müqayisəli kontekstdə Azərbaycan milli sivilizasiyasının keçdiyi yola nəzər salan natiq Nəsimi yaradıcılığlına, sufizm və hürufizm təriqətinə, Nəimi fəlsəfəsinə, dini baxışlara, eləcə də Şərq və Türk dünyası ədəbiyyatına, elminə ekskurs etdi, indiyə qədər də mübahisələr doğuran, müzakirələrə yol açan, çoxsaylı diskussiyalara aparan problem haqqında fikirlərini söylədi.

Diskussiya xarakterli məclisdə kursun dinləyiciləri, xüsusi seçmə şəxslər, mütəxəssislər də iştirak edirdi və daha sonra onların müzakirələrə fəal qoşulması nəticəsində intellektual-kulturoloji polemikalar başlandı. Müzakirələr zamanı çoxlu mövqeylər ortaya qoyulsa da, bir-birini kəskin fərqlənən məsələlər ətrafında qızğın mübahisələr aparılsa da, Nəsimi fenomeninə dini, ədəbi, elmi, ateistik, tarixi, fəlsəfi, hürufilik, türkçülük, bütöv Azərbaycan kontekstində nəzər salınsa da, tədbir iştirakçılarının yekdil fikri bu oldu ki, Azərbaycan ictimai-mədəni fikrin böyük simalarından sayılan Nəsimidən öyrəniləsi, müasir cəmiyyətimizə tətbiq ediləsi çoxsaylı analitik-intellektual amillər, məsələlər var.

Qərara alındı ki, bu tipli diskussiya və kulturoloji-fəlsəfi müzakirələr mütəmadi təşkil olunsun, müxtılif sosial şəbəkələrdə, İnternet resurslarında virtual variantda davam etdirilsin, başqa dahi sənətkarların da yaradıcılığına nəzər salınsın.

Daha sonra tədbir iştirakçıları İçəri Şəhərin görməli yerlərinə baxış keçiriblər, Bakı Miniatür kitab Müzeyinin qonaqları olublar.

Qeyd edək ki, "Yeni yazarlar" ədəbi-kulturoloji kurs Azərbaycan Yazıçılar Birliyi ilə YYSQ tərəfindən gənc yazıçılar üçün təşkil olunub.

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-informasiya qrupu

https://www.facebook.com/​media/set/​?set=a.4113642275656.2170325.11​21148960&type=1




Просмотров: 572 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva