Главная » 2012 » May » 15 » Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramı yaxınlaşdı...
14:30
Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramı yaxınlaşdı...
Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramı yaxınlaşdı...
YYSQ-nin İllik Kulturoloji Tədbirlər silsiləsi başlandı. Bu il tamam fərqli formatda -
Devizimiz: Kreativ ol: sosial şəbəkəni intellektuallaşdır!
Kulturoloji Tədbirlər Silsiləsi
Müxtəlif nominasiyalar - bədii, nəsr, poeziya, publisistika, elm, tərcümə, roman kitabı, yazarı, gənc imza sahibi, eləcə də qəzeti, TV-si, saytı, ədəbiyyat xeyriyyəçisi - üzrə İllik Milli Kulturoloji Mükafatlar, virtual və canlı sərgi, görüşlər, təqdimat, dəyirmi masa, sosial şəbəkələrdə e-tanıtım, başqa tədbirlər!
2011-ci İLİN KİTABI VƏ MƏDƏNİYYƏT HADİSƏLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ
Əsas tədbir: 18 may 2012-ci il
Təşkilatçı-rəsmi dəstək: Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası
İştirakçı nəşriyyat, mətbəə və poliqrafiya müəssisələri, müəlliflər, yaradıcı QHT-lər mayın 10-na (müsabiqə) və mayın 15-nə (sərgi) qədər TK-nə yazılı müraciət edə bilərlər. Sərgiyə son 5, müsabiqəyə isə son iki ilin kitabları, işləri buraxılır!
Diqqət: XII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödüllərinə - Milli Kulturoloji Mukafatlaraa iddialılar mayın 10-a qədər Müsabiqə Komissiyasının Münsiflər Heyətinə yazılı müraciət (kitab və çap məhsulları ilə birlikdə) edə bilərlər.
18 mayda baş tutacaq tədbirdə hər kəs iştirak edə bilər. Unvan: Azərbaycan Yazıçılar Birliyi Vaxt: 18 may, saat 12.00-17.00