Cümə, 29.03.2024, 17:27
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2014 » Dekabr » 13 » YAP Göygöl rayon təşkilatı Qadınlar Şurası tədbir keçirdi
01:04
YAP Göygöl rayon təşkilatı Qadınlar Şurası tədbir keçirdi

YAP Göygöl rayon təşkilatı Qadınlar Şurası

tədbir keçirdi

 

      Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Qadınlar Şurasının növbəti toplantısı keçirildi. Toplantının işində YAP Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvü – İbrahimova Kəmalə, YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri - Kərimzadə Pərvin, ADAU-nin prorektoru - Qasımova Aidə, ADAU-nin Tələbə Elmi Cəmiyyətinin sədri – Məmmədova Kəmalə, YAP Göygöl rayon təşkilatının Qadınlar Şurasının sədri – Quliyeva Nuranə  iştirak ediblər. Həmçinin Qadınlar Şurasının yığıncağına rayon təşkilatının Şura üzvləri, qadınlardan ibarət ərazi ilk partiya təşkilatlarının sədrləri və rayonun ictimai-siyasi işində fəal olan qadınlar dəvət olunmuşlar.    

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvü İbrahimova Kəmalə respublikamızın və cəmiyyətin yüksək inkişafında qadınların rolundan söhbət açaraq, qarşıda duran vəzifələrdən bəhs etdi. K.İbrahimova ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, qadınların respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakından danışdı.

Sonra çıxış üçün sözü YAP Göygöl rayon təşkilatının Qadınlar Şurasının sədri Nuranə Quliyevaya verdi. O,  bu il qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı  YAP Göygöl rayon təşkilatının gördüyü işlər haqqında danışdı, qeyd etdi ki, ənənəvi olaraq rayon sakinlərinin, xüsusilə də qadınların mütəşəkkillik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağından əminliyini bildirdi.

      Daha sonra Kərimzadə Pərvin, Qasımova Aidə, Məmmədova Kəmalə çıxış edərək bildirdilər ki, ölkə  Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən qadınlarımız əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklər: Bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün qadınlar yenə də fəallıq göstərəcəklər. “Prezident İlham Əliyev Azərbaycan qadınının istər cəmiyyətdə, istərsə də ailədəki zəhmətini yüksək dəyərləndirir” deyən natiqlər ölkə rəhbərinin siyasətinin davamı olaraq, respublikamızın bütün bölgələrində qadınlara yüksək qayğı ilə yanaşıldığını, onlara təhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisələrdə fəaliyyətləri üçün yüksək şəraitin yaradıldığını bildirdilər.

      Tədbirə yekun vuran YAP Göygöl rayon təşkilatının İdarə heyətinin üzvü Kəmalə İbrahimova vurğulayıb ki, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fəaliyyətinə görə fərqlənirlər. Bu seçkilərdə qadınlara və gənclərə xüsusi yer verilib: “Əminliklə deyə bilərəm ki, yenə də qadınların seçimi YAP-ın namizədləri olacaq”.

 

 

   YAP Göygöl rayon təşkilatı

   Aparatının rəhbəri:                                                        R.S.Veysov

 

Прикрепления: Şəkil 1
Просмотров: 813 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva