Cümə, 03.05.2024, 17:56
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » May » 23 » XII Bakı Kitab Bayramı. Milli Kulturoloji Müsabiqə Qalibləri
22:43
XII Bakı Kitab Bayramı. Milli Kulturoloji Müsabiqə Qalibləri

2011-ci ilin Milli Kulturoloji Mükafatı qalibləri

Mayın 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır! XII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri və 2011-ci ilin Milli Kulturoloji Müsabiqəsi qaliblərinın mükafatlandırma mərasimi keçirildi. Bildirildi ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının, eləcə də Azərbaycan Yazıçılar Birliyinin maddi-təşkilati yardımıyla bu ilin mart-iyun aylarını əhatə edəcək XII Bakı Kitab Bayramı – Azərbaycanda İllik Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, İnternet kitabxanaların təqdimatı, ədəbi görüşlər, müzakirələr, məktəblərdə, cəzaçəkmə müəssisələrində kitab bayramları və başqa tədbirlər təşkil olunub. 
PREZİDENT İLHAM ƏLİYEV cənablarının imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, həmçinin Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, İnternet resurslarının inkişafı bölümlərinə, həmçinin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" uyğun olaraq təşkil olunmuşdu. 
Builki XII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyəti - 94, mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov 200 illik yubileyi, "Eurovision-2012: Bakı” mahnı müsabiqəsi kimi əlamətdar hadisələrə həsr edilib.
Silsilə tədbirlərin innovativ variantı İnternet və sosial şəbəkədə virtual kampaniya aparılır. 
YYSQ-nin innovativ-kulturoloji layihəsi - www.kitabxana.net - Milli Virtual Kitabxananın geniş ictimaiyyətə tanışlıq mərasimi və mini-konfrans, Azərbaycanın çağdaş innovativ şəbəkə resursları, sayt və portalları" mövzusunda təqdimat mərasimi keçirilib, eləcə də gənc yazıçı və şairlərin poeziya gecəsi, imzalanma mərasimi təşkil olunub. www.kitabxana.net Milli Virtual - elektron kitabxanaya həsr olunmuş xüsusi təqdmat, xarici dillərdə ədəbiyyatımıza, gənc yazarların kitablarına, elektron nəşrlərə, və başqa mövzulara aid xüsusi güşələrlə tanış ola bilərsiz. 
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naşirlərin, jurnalistlərin, tələbələrin, ədəbiyyatsevər oxucuların iştirakçısı olduğu sərginin və XII Bakı Kitab Bayramı – Azərbaycanda İllik Milli Kulturoloji mükafatların təqdimat mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, eləcə də rəsmi dövlət qurumlarının nümayəndələri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri və b. qonaqlar çıxış edib təbriklərini çatdırdılar. Rəsmi açılışda çıxış edənlər təşkilatçılara ünvanladıqları təbrikləri səsləndirdi. Daha sonra 2011-cu ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin - Milli Kulturoloji Mükafat qaliblərinin adı açıqlanıb, fərqlənənlərə XII Bakı Kitab Bayramının qiymətli plaket və hədiyyələri verilib. Sərgidə yeni kitablara ictimai baxış, yazar və şairlər tərəfindən öz kitablarının imzalanma mərasimi, mini-təqdimat və tanıtım olayları ədəbiyyatsevərlərə ünvanlanıb.
XII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (150-dən çox) ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 21 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır. Eyni zamanda kitab nəşri və yayımıyla bağlı bir sıra uğurlu işlər görmüş nəşriyyat, TV, yazarlar, İnternet portalı diplomlara layiq görülüb. 
XII Bakı Kitab Bayramı – Milli Kulturoloji Müsabiqəsinin 2011-ci ilin müxtəlif nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin - Milli Kulturoloji Mükafat öz qaliblərini tapıb. XII Bakı Kitab Bayramı Layihəsi çərçivəsində Milli Kulturoloji Mükafatın 2011-ci il üzrə müxtəlif nominasiyalarda aşağıdakı qalibləri elan olunub:
1. İlin İncəsənət abidəsi. "Azərbaycan xalçaları: İrəvan qrupu” albom-araşdırma. Milli incəsənətimizin dəyərli tədqiqatçısı Vidadi Muradovun "Azərbaycan xalçaları bütün məktəbləri ilə” kulturoloji layihəsinin növbəti nəşri olaraq "Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edildiyinə, kulturoloji incəsənət layihəsi - milli xalçaçılıq sənəti vasitəsilə Azərbaycan tarixinin qədim şifrələrini məharətlə açdığına, elmi-kulturoloji dəyərinə, incəsənət – sahə ədəbiyyatımızı zənginləşdirdiyinə görə layiq görülür.
2. İlin Nəşriyyatı. "Ərgünəş” Nəşriyyat-Poliqrafiya müəssisəsi. Yazıçı-publisist, tanınmış poliqrafist Oqtay Əliyevin rəhbərliyi ilə Azərbaycan milli nəşr, elm və təhsil məhsullarının təbliği sahəsindəki uğurlarına, dərslik, kitab və nəşriyyat-poliqrafiya sənətindəki yeniliklərinə, beynəlxalq standartlara uyğun, xarici dillərdə çap məhsullarını yüksək səviyyədə hazırladığına, görməyən məktəblilər üçün xüsisi - Brayl əlifbasıyla dərslik nümunələrinin çapı istiqamətindəki dəyərli fəaliyyətinə görə layiq görülür. 
3. İlin Uşaq kitabı. "Monastirskaya apteka” – "Монастырская аптека”, "Əlifba” və "İlmələrin macəraları” kitabı. Tanınmış yazıçı-pedaqoq Solmaz Amanovanın çağdaş Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə, yeni innovativ və multimedik dərslik, elektron kitab nəşrindəki yeniliklərinə, təhsil-pedaqoji düşüncəmizi xaricdə layiqincə təmsil etdiyinə, kütləvi sinifdənxaric mütaliə hadisələrinin təşkilindəki fəaliyyətlərinə, yazdığı dəyərli uşaq əsərlərinə görə layiq görülür.
4. İlin Filoloji-elmi kitabı. "Seçilmiş əsərləri”. Filoloji-monoqrafik yeddicildlik. Professor, filolgiya elmləri doktoru Qəzənfər Paşayevin 75 illik yubileyi münasibətilə yeddi cilddə, "Təhsil” nəşriyyatında yüksək səviyyədə nəşr olunmuş elmi-filoloji kitabıları ilə milli-mənəvi düşüncəmizə elmi-kulturoloji nəzər saldığına, Azərbaycan ədəbiyyatı, eləcə də dilimizin az işlənmiş problemlərini intellektual araşdırdığına, tariximizin İraq türkman qolunu işıqlandırdığına və gələcək nəsillərə çatdırdığına görə layiq görülür.
5. İlin İncəsənət e-kitabı və portalı. "Azərbaycan aşıq yaradıcılığı”, "Azərbaycan bəstəkarlarının 50 mahnısı” və "Azərbaycanda yaşayan xalqların 50 mahnısı” kitabları. "İlyas Əfəndiyevin Virtual Muzeyi” - www.ilyasafandiyev.musigi-dunya.az portalı. Sənətşünaslıq doktoru Tariyel Məmmədovun kağız nəşr, DVD və karaoke formatlı musiqi antologiyalarıyla xalq, etnik, eləcə də bəstəkar mahnılarını innovativ şəkildə araşdırdığına, kulturologiya sahəsindəki estetik-sənət yeniliklərinə, aşıq musiqisini gələcək nəsillərə çatdırılmasındakı xidmətlərinə, yaratdığı ədəbi İnternet portalındakı innovativ-kulturoloji yeniliklərinə, e-kitabın təbliğindəki uğurlarına, mədəniyyət resurslarımızı zənginləşdirdiyinə görə layiq görülür.
6. İlin İntellektual kitabı. "Televiziya nəzəriyyəsinin əsasları” monoqrafiyası. Tanınmış televiziya tədqiqatçısı Elçin Əlibəylinin televiziya elmi və yaradıcılıq sahəsi barədə "Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş monoqrafiyası ilə milli intellektual – peşə ədəbiyyatı sahəsinə verdiyi töhfələrə, estetik düşüncəmizə orijinal kulturoloji baxış sərgilədiyinə, çağdaş elektron KİV, ekran mədəniyyətinin bir çox problemlərini sistemli araşdırdığına görə layiq görülür.
7. İlin Bədii-detektiv romanı. "Ümidlərin izi ilə” kriminal-detektiv romanı. İstedadlı yazıçı Şamil Sadiq və tanınmış detektiv Müşfiq Xanın müştərək qələmə aldığı eyniadlı bədii nəsr kitabındakı romanın sənət məziyyətlərinə, Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların kədərli-faciəli, ədəbi-bədii obrazını məharətlə yaratdıqlarına, milli detektiv ədəbiyyatı sahəsindəki yeni uğurlarına görə layiq görülür.
8. İlin Şeir kitabı və ədəbi saytı. Dərd üzünü gizləyir”, "İki damla dəniz” poetik topluları.www.Firuza.az ədəbi-kulturoloji saytı. Tanınmış filoloq alim, şair və nasir Firuzə Məmmədlinin ötən ildəki yaradıcılıq məhsuldarlığına, eyniadlı kitablarında toplanmış lirik şeirlərindəki dəyərli sənət-estetik axtarışlarına, ədəbi-mədəni, elmi-ictimai fəallığına, çağdaş ədəbi prosesimizdə innovativ şəkildə – İnternet saytı formasında səmərəli iştirakına görə layiq görülür.
9. İlin Dəyərli şairi. Şair-yazıçı Nisə Bəyim. Azərbaycan şairləri arasında özünəməxsüs poetik-ədəbi üslubuyla fərqləndiyinə, "Qürub rəngləri”adlı yeni kitabında verilən, eləcə dəwww.nisebeyim.com İnternet ünvanlı fərdi saytında yerləşdirilən lirik-fəlsəfi, ictimai-satirik şerilərindəki yaradıcılıq-estetik axtarışlarına, uğurlu poetik tapıntılarına, söz sənətimizi zənginləşdirməsindəki xidmətlərinə, yaradıcılıq fəallığına görə layiq görülür.
10. İlin Poeziya kitabı. "Rübai karvanı, dördlük çələngi” toplusu. Tanınmış şair-alim Oqtay Rza "Yazıçı” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüş eyniadlı kitabındakı poeziya nümunələrinə, Azərbaycan ictimai-sosial, psixoloji-mədəni proseslərinə özünəməxsüs sənət baxışlarına, maraqlı lirik portretlər və obrazlar yaratdığına, klassik Şərq şeir formasına – rübaiyə dövrümüzdə yeni nəfəs verdiyinə, yaradıcılıq uğurları ilə çağdaş ədəbiyyatımızda seçildiyinə görə layiq görülür.
11. İlin Esselər kitabı. "Əbədiyyət. An” esselər kitabı. İstedadlı yazıçı-şair Mahirə Abdullanın üç dildə işıq üzü görmüş eyniadlı kitabında xalq yazıçısı, görkəmli pedaqoq-alim Mir Cəlalın yaradıcılığı haqqında azərbaycanca, ingiliscə və rusca fəlsəfi-bədii esselərlə işıqlı ziyalı obrazını yaratdığına, Mir Cəlalın dəyərli həyat və amalı, fəaliyyəti barədə bədii formada zəngin məlumat verdiyinə, çağdaş ədəbi prosesdəki fəallığına, söz sənətimizin inkişafındakı roluna, oxunaqlı yazılarına görə layiq görülür.
12. İlin Nəsr kitabı. "Bərdədən görünən dünya...” Avtobioqrafik roman. Yazıçı-publisist Tofiq Xəzərin səkkizcildlik eyniadlı sənədli bədii nəsr əsəri ilə Bərdə rayonun bədii obrazını əbədiləşdirdiyinə, Qarabağ və Azərbaycan həqiqətlərinin ədəbi formada oxuculara çatdırdığına, kütləvi ədəbiyyat üslubunda oxunaqlı nəsr nümunəsi yaratdığına, yaradıcılıq imkanlarını genişləndirdiyinə görə layiq görülür.
13. İlin Dərs vəsaiti. "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı. Gənc tədqiqatçı, fantastik əsərlər müəllifi Nurlan Quliyevanın eyniadlı dərs vəsaitiylə milli dərslik sahəsindəki orijinallığına, orta məktəb müəllimləri üçün əlavə tədris materiallarını əhatə etməklə, dəqiq elmlərlə məşğul olanlara ünvanlanan, milli intellektual-təcrübi ədəbiyyat sahəsindəki yeniliklərinə, fərqli üslubi-metodoloji uğurlarına görə layiq görülür.
14. İlin Güney Azərbaycan yazarı. Yazıçı-şair Sayman Aruz. İnternet şəbəkəsində, yazılı və elektron KİV-də Güney Azərbaycan ədəbiyyatının yorulmaz təbliğ etdiyinə, dəyərli əsərlər sahibi, eləcə də AYB Güney ədəbiyyatı şöbəsinin, Dünya Azərbaycanlı Yazarlar Qurumunun,www.dayaq.org ədəbiyyat portalınlın rəhbəri olaraq məhsuldar ədəbi-mədəni fəaliyyətinə, kitablarındakı estetik modern axtarışlarına, Bütöv Azərbaycan düşüncəsinin oyanışına göstərdiyi kulturoloji xidmətlərinə, İnternetdəki oxunaqlı yazılarına görə layiq görülür.
15. İlin Yeni nəsil şairi. Nəğməkar şair Xəyal Rza. Son illər ədəbi prosesdəki fəallığına, "Uğurun olum” poetik toplusundakı oxunaqlı şeirlərinə, istedadlı cavan imza sahibi olaraq çağdaş Azərbaycan ədəbiyyatının poeziya qolunu zənginləşdirdiyinə, milli söz sənətimizin təbliği və tanıdılması istiqamətindəki xüsusi fəaliyyətinə, İnternet - elektron ədəbiyyat sahəsindəki fərdi yaradıcılıq uğurlarına görə layiq görülür. 
16. İlin Yeni nəsil yazarı. Yazıçı-şair, şəbəkə yazarı Zaur Qəriboğlu. Dövri mətbuat, elektron - şəbəkə KİV-də maraqlı imza sahibi kimi tanındığına, "Səni yaradanı sevirəm...", "Lal məhəbbət", "Kamilliyə doğru ikinci addım" və "Aldadılmış ər" kitabındakı sənət axtarışlarına, yaradıcı gəncliyin nümayəndələri arasında fərqləndiyinə, çağdaş Azərbaycan ədəbi prosesindəki fəallığına, bədii söz sənətimizin zənginləşməsindəki roluna, müxtəlif nəşrlərdəki, eləcə də İnternet saytlarındakı oxunaqlı yazılarına görə layiq görülür. 
17. İlin Türk Dünyası yazarı. Nasir-mütərcim İmdat Avşar. Çağdaş dünya - Türkiyə ədəbiyyatının tanınmış nümayəndəsi kimi Azərbaycanlı yazarların çoxsaylı əsərlərini türkcəyə məharətlə çevirərək qardaş məmləkətdə yaydığına, Bakıda - AYB xəttilə buraxılmış "Anamın saatları” kitabındakı estetik cəhətdən dəyərli hekayələrinə, qarşılıqlı tərcümə sənətimizdə yeni səhifələr açdığına, son illərdəki bədii yaradıcılıq uğurlarına görə layiq görülür.
18. İlin Uğurlu kitabı. "Özəl poçtdan məktüb var” hekayə və esselər toplusu. Yazıçı-esseist Zöhrə Əsgərova yeni kitabıyla müasir Azərbaycan bədii nəsrinə və esse janrına xüsusi rəng qatdığına, məhsuldar yaradıcılığına, oxunaqlı - lirik üslubda qələmə aldığı hekayələrinə, söz sənətimizin inkişafındakı əməyinə, yeni ədəbiyyat sahəsindəki uğurlarına görə layiq görülür. 
19 . İlin Yeni nəsil dramaturq-yazarı. Gənc yazar-dramaturq Şəbnəm Xeyrulla. Çağdaş yeni ədəbi prosesimizdəki ciddi sənət mövqeyinə, yaradıcılıq fəallığına, müxtəlif sənət müsabiqələrində fərqlənən oxunaqlı bədii-dramatik əsərlərinə, yeni söz sənətimizi zənginləşdirdiyinə, mədəniyyətimizi təbliğində, tanıdılmasında xüsusi fəaliyyətinə, İnternet və elektron ədəbiyyat sahəsindəki fərdi uğurlarına görə layiq görülür. 
20. İlin İnternet telekanalı. www.kanal13.tv - peşəkar İnternet TV. Layihə rəhbəri: Anar Orucov. İlk peşəkar milli İnternet TV kimi səmərəli fəaliyyət göstərdiyinə, www.kanal13.tvsaytından dünyaya yayımlanaraq mütəmadi olaraq mədəniyyət - ədəbiyyat, ictimai-sosial, humanitar-elmi düşüncəmizin müxtəlif istiqamətinə həsr edilmiş rəngarəng verilişlərdəki orijinal xüsusiyyətlərinə, innovativ-kreativ yeniliklərinə, gənc yaradıcı qüvvələri üzə çıxarmasındakı roluna görə layiq görülür. 
21. İlin Virtual Kitabxanası. www.kitabxana.net - Milli Virtual Kitabxana. Layihə rəhbəri: Aydın Xan (Əbilov). Humanitar-kulturoloji layihə olaraq fərqli yeniliklərinə, elektron şəbəkə resurslarımızın arasında seçildiyinə, dünya azərbaycanlıları arasında anadilli e-kitabların təbliğindəki xidmətlərinə, estetik-intellektual dəyərlərin qorunmasındakı səylərinə, oxucularda mütaliyəyə həvəs oyatdığına, xarici dildə ədəbiyyat və kitabların İnternetdə təbliğindəki uğurlarına, yeni innovativ mədəniyyət formalaşdırdığına görə layiq görülür.
Bakı, 18 may 2012, AYB
Yeni Yazarlar və Sənətçilər Qurumu,
XII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyasının Mümsiflər Heyətinin üzvləri
Təbriklər!!!






Прикрепления: Şəkil 1
Просмотров: 607 | Добавил: aslan | Рейтинг: 4.8/4
Всего комментариев: 1
0
1 Brandonbig   (07.04.2024 23:49) [Материал]
drinking remedies <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> designer prescription sunglasses

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva