Bu çərçivədə növbəti görüş rayonun Hacıməlik qəsəbəsi,
Mollacəlilli kəndi, Topalhəsənli kəndi və Şəhriyar kəndində yaşayan seçicilərlə baş tutub. Görüşdə çıxış edən YA
P Göygöl rayon təşkilatının sədri Turani Əliyev YAP-ın ümumxalq partiyası olduğunu dilə gətirib. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət respublikamızın inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz həyatında hiss edir. Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də xalqın iradəsinə güvənir.
Daha sonra çıxış edən natiqlər də Yeni Azərbaycan Partiyasının bələdiyyə sisteminin inkişafındakı rolundan bəhs ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyası daima xalqa xidmət prinsipini prioritet sayıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, həmçinin, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi və ölkəmizin inkişafını özündə ehtiva edən siyas
i kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini təmin edib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaq.
Daha sonra seçiciləri maraqlandıran suallar cavablandırılıb.
YAP Göygöl rayon
təşkilatının aparat rəhbəri: R.S.Veysov
|