Şənbə, 27.04.2024, 11:33
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2013 » İyul » 15 » Yazmasam ölərəm, yazsam öldürərlər-yarımfantastika
12:37
Yazmasam ölərəm, yazsam öldürərlər-yarımfantastika
Yazmasam ölərəm, yazsam öldürərlər-yarımfantastika
Kənddə-sadə müəllim ailəsində dünya gəlmişəm. Deyilənlərə görə valideyinlərim gəlişimi illərlə gözləmiş, sonra hər yaşadığım ilə bir qurban kəsmişlər. Bir az fikirləşəndə qurbanları necə payladığımı xatırlayıram. Böyüyüb qurbanların nə üçün olduğunu biləndə utandım. Yaxşı ki atam qurbanları yeddi il demışdı. Hamı tərəfindən çox sevildiyimdəm problemlərimi, fikirlərimi gizlətməli olurdum-narahat olurdular. Bir vaxt gördüm sirdaşın qələm və kağız olub-indi kompüterim.
Atamın böyük kitabxanası vardı. Aşkar gizli oradakı bütün kitabları oxudum. Düşüncələr məni uzaqlara apardı. Bir gün hekayələr, povestlər yazdığımı gördüm. O vaxtlar tələbə idim. Həyat məni həm gözəl insanlarla, həm də alçaqlarla görüşdürdü. Yəqin ki zəif idim, sındım. Bütün yazdıqlarımı yandırdım. Xərini çox istədiyim yazar xanım bunun çox çətin olacağını, təklik axtarıb göz yaşları axıdacağımı söylədi-doğru oldu. Xanım gözəl deyildi ancaq Tanrı ona elə daxili gözəllik vermişdı ki mən onun xarici görünüşünü görmürdüm. İndilərdə dünyasını dəyişib. Allah rəhmət etsin.
İllər keçdi. İKT-dəki inqilabi dəyişiklik həyatımı dəyişdirdi. kitabxana.net saytında qeydiyyatdan keçib yenidən yazmağa başladım-internet hər sifətdə adamlarla qarşılaşmadan işləməyə imkan verdi. Kitabım hazır olanda portalın rəhbəri ilə danışdım. Ciddi İnsan idi. Uzun müddət necə birisi olduğumu öyrəndi. Sonradan kitabımın redaktoru, bu sənətdə Ustadım oldu. Kitabım hazır olanda qohumlarım, nəşr olunandan sonra hamı yenidən yazmağa başladığımı bildilər.
Kitabım "Sirli Kainat” adlanırdı və onun məni sirli, qaranlıq əlamə aparacağını o vaxtlar bilmirdim. 
Demə "Sirli Kainat” Dan Ulduzunun yerdəki nümayəndəliyinin xoşuna gəlibmiş. Mənlə görüşüb ora getməyi təklif etdilər. Doğrusu dan ulduzunu çox xoşlayırdım. Qaranlıqlı iş dalıyca gedən valideyınlərimə qoşulub saatlarla onu seyr edirdim. Nümayəndəliyə razılıq verəndə unutdum ki indi zaman dəyişib, mən artıq ata evində deyil ər evindəyəm. Əsası həmişə yanımda olan atam qocalayıb. 
Müasir texnologiyalar sayəsində dan ulduzuna asanlıqla çatdıq - oraya anamla getmişdim. Yerdən olan nümayəndələrlə ucu-bucağı görünməyən binaya daxil olduq, anam gözləmə otağında qaldı. Qarşılaşdığım ev sahibləri yer adamlarına oxşayırdılar. Bəzilərinin üzlərində daha çox qorxu, bəzilərində özündən razılıq, bir-ikisində səmimiyyət vardı. Mənlə gedən nümayəndələrin çəkinməsinə əhəmiyyət verməyib binanı gəzdim. Kainatın sirləri ilə onları tanış etmək istəyirdim. Üst mərtəbələrdə təəccublə məni süzən birisi ilə rastlaşdım.
- Kimsiniz! Buralarda neyləyirsiniz!
- Yerdən gəldiyimi, göylərlə maraqlandığımı, onlara yerdən göyün necə göründüyünü demək istədiyimi bildirdim.
Aşağı düşməmi məsləhət gördü. Aşağıda işlərimi bitirib çıxmaq istəyəndə qapıları tapmadım.
Unutdum buraya gəlməkdə digər məqsədim dan ulduzunun yerdə nümayəndəsi olmaq idi. 
Qapıda gözətçilər mənə görə danlandıqlarını bildirdilər. 
Onlara biz tərəflərdə hər tərəfə düz gedildiyini, buranın qaydaları olduğunu bilmədiyimi dedim. Yerdə isə daha betər qaydalar varmış-doğmalarımın əhatəsində hiss etmirəmmiş. 
Yad ulduzda birtəhər binanın tərəflərini tapdım. Anamın gözlədiyi otağın yerini müəyyənləşdirdim. 
Anam:
- Qızım, sən gələnə qədər buralara diqqət etdim. – dedi. – Nə qədər gec deyil uzaqlaşmaq lazımdı. – Razılaşdım. Yuxarı planetlilər illər əvvəl gördüyüm-məni sındıran  adamlara oxşayırdılar.  Əsəblərimi yenidən korlamağa dəymirdilər.
Lakin yolda yaşlı, maraqlı ideyaları olan, istehdadlı, uzaqgörən bir xanımla rastlaşdım- o, gələcəkdə yazacağım "Riyaziyyatın konstruktiv təlimlə tədrisi” kitabımın ideyaçısı olacaqdı. Məni gəldiyim binada işləyən gənc xanımla tanış etdi. Xanımların münasibəti, bir-birlərinə dəyər verməsi xoşuma gəldi. Gəldiyim yola davam etməyə qərar verdim. 
İl keçdi, nümayəndə ola bilmədim. Təzə tanışlıq ideya övladlarım hesab etdiyim ikinci kitabımın yazılmasına səbəb oldu. İtirdiyim ilə heyfslənmədim. Dan ulduzundan isə ayrıla bilmirdim-binanı nəzərdə tutmuram. Ümumiyyətlə məkan çox gözəl idi. 
İkinci dəfə geriyə qayıtmaq üçün ikinci kitabımı yuxarıdakılar "sevməli” idilər. "Sevgi” isə uzun məsələ idi – olduğum yerdən, nümayəndəlikdən, yuxarıdakı bölmədən, təsdiqləyici qurumdan, yuxarıdan asılı idi.
- Yolda olmaq nə, yarımçıq qayıtmaq nə?- deyib başladım yolçuluğa. 
Unutdum, burda kitabın oxunmalı olmasını təsdiqləyənlər də lazım imiş. Təsdiqləyən İnsanlar işlərimə dəyər verdiklərindən çətinliyim olmadı – iki xanımı nəzərə almasaq. Hətda, biri gözlədiyimdən də artıq qiymət vermişdi. Sonralar məni tək görəndə öz cavanlığını xatırladığını, kömək lazım olduğunu duyduğunu dedi. Hər birinə təşəkkürlər!
Olduğum yerdə də sevdiyim şəxslər olduğundan çətinliyim demək olar ki olmadı. Amma bəzilərində heç vaxt unutmayacağım qisqanclıq, sözlə ifadə edə bilməyim baxışlar, qeyri-adi münasibət gördüm.
Qeyd dəftərimdən: 

Zərərsiz

Gənc müəlliməmiz nişanlanmışdı. Təbrik etdik, xoşbəxtlik arzuladıq. 
Yoldaşlar:
- Ailə quran kimi yoldaşınla Rusiyaya get! İşləmə! - dedilər. - İmkan olandan sonra işləməyə ehtiyac yoxdu.
Müəllimə qızarıb köksünü ötürdü.
-  Məni qovursunuz?
- Get, amma orada işlə. - dedim. - İşsiz çətin olar. Mən imkan olsa da işləyərəm.
Sözümü qurtarmamış bəzi yoldaşlar:
- Sən öyrənmisən. - söylədilər. - Yoldaşındı ki səni saxlayır. – Hətda biri otaqdakı yeganə kişini çıxardıb mənə söz deyəcəyini dedi. Kişi getdi, sözünü deyəmmədi.
Tutulmuşdum.
- Hansı pis işi görmüşəm? - soruşdum.
- Yazılarını, get-gəllərini heç kim qəbul etməz.
Yoldaşların nə demək istədikləri mənə aydın oldu.
- Sizlər kimi müəlliməm. - dedim.- Evdə də işləyirəm, çoxlarınızın yaxın belə getmədiyiniz təsərrufatda da. Yazarlığım isə uşaqlıqdan qəlbimdə var. Uzun illər bu cür münasibətlərə görə hislərimi öldürdüm. Sonda bacarmadım. İndi həm bədii, həm də elmi əsərlər yazıram. Qəlbən rahatam. Kimsəyə də zərərim yoxdu. Siz niyə narahat olursunuz?
Hərə sözünü bir tərəfə yozdu. Düzü qulaq asmadım. Boş sözlərə sərf ediləcək vaxtım yox idi. Uğurlarıma "Təbrik edirəm” belə deməyən yoldaşımı xatırlayıb köksümü ötürdüm. Yadıma xətrini çox istədiyim müəllimimin sözləri düşdü. 
 Həqiqət+İradə=Nurlu həyat. Onu hec kəs üstələyə bilməz. Allah güc gələnlərə fiziki güc yox, bolluca düşüncə versin!
Daxilimdə yaşayan və mənə güc verən Mənim: 
 - Möhkəm ol, Nurlan! Biz bu həyata qalib gələcəyik! –dedi. 
Özümə inamim artdı, güclü olduğumu hiss etdim. Ancaq, bir sual məni çox düşündürdü. İrəli gedənini, xüsusilə də irəli gedən qadınını bu cür qarşılayan bir cəmiyyət inkişaf edə bilərmi?!
Çətin idi. Kimlərləsə mübarizə apasan, irəli getdiyinə paxıllıq edən tanışlara tab gətirəsən, evdən də dəstək əvəzinə maneə görəsən. Atam qoca idi. Anam yadımda olmasa sözsüz tab gətirə bilməzdi. 
Əvvəllər bu işlərə davam etsəm qarşımda duracağını deyən qardaşım da, bütün problemlərimi bölüşə biləcəyim xalam oğlu da artıq yanımda idi. Ancaq onlar gənc idilər, həyatda hər şeyi təkbaşına böyük əziyyətlə qazanmışdılar. Heç vaxt razı olmazdım çirkaba bulaşsınlar. 
İş çatdı dan ulduzunun yerdəki nümayəndəliyinə. Burda söhbəti bir az dəqiqləşdirək. Əksəriyyət ulduzlar qalaktikalardı. Dan ulduzu dediyim isə dan ulduzu qalaktikasının günəş sisteminə ən yaxın olan planeti idi. O ildə bir dəfə yerə ən yaxın vəziyyətdə olurdu. Məhz həmin vaxt yerdəki nümayəndələri ilə real ünsiyyət yaratmaq imkanları olurdu. Başqa vaxtlar isə peyk vasitəsi ilə virtual əlaqə yaradılırdı. Əlbətdə ki peyk müxtəlif səma cisimlərinin və elektromaqnit dalğalarının qəzəbinə tuş gəlməsəydi. 
Nümayəndəlik insafla desəm mənimçün məndən çox narahat olurdu. Yazdıqlarımçün də narahat idilər. Bu dəfə onları nə yazdığımdan çox yuxarıdakıların yazdıqlarıma münasibəti narahat edirdi. İşi ilk yuxarı ilə danışmasaydım çətin razılıq ala biləydim. Açıq-aşkar qorxduqlarını bildirib mənə yox deyəndən 10-12 gün sonra başqa iş üçün gedəndə mənə lazım olan sənədin elə həmin gündən hazırlandığını bildim. Düzü həmin günün səhərısı zəng etmişdilər, inanmamışdım. 
Bu haqda qeyd dəftərimdən: 
Qorxu

Günlərin bir günü kitab yazmaq - daha doğrusu yazdıqlarımı nəşr etdirmək fikrinə düşdüm. Kitab riyaziyyatın tədrisi metodikasına aid olduğundan məsləhət və icazə üçün müraciət etdim. Baxmaq istədilər. Baxacaq səxslərdən biri riyaziyyatçı, diğəri isə dərsliklərin müəllifi olmadığını dedi. İşin yaxşı tərəfini görməyib başqaları ilə görüşmədən kor-peşiman geri qayıtdım. Yolda böyük çətinliklərlə qarşılaşdım. Əvvəlcə bilet tapılmadı. Sonra yolda avtobus qırıldı, kondisioner işləmədi.

Bütün işlərim internetlə bağlıdır. Evdə saytlarıma baxmaq istədim. Açılmadı. Qlobal şəbəkələrdəki profillərim, poçtlarım da bağlanmışdı. Bir həftə İnternetdə işləyib işlərimi qaydaya saldım. Lakin hadisələr ürəyimə xal saldı. Haqsızlıq etdiyimi fikirləşdim. Zəng edib üzr istədim. Sənədləri hazırlayıb gətirməyimi istədilər.

Sənədləri hazırlamaq elə ilk cəhddən alınmırdı. Materialları çap etmək istədim. İki printerdən biri işləmədi. 20-dən çox kompyuter merkəzinə müraciət etdim. Hər yerdə bir cür problem yarandı. Lazim olan yerə materialları diskdə verdim. Böyük ehtimal ki həmin yerdə disk açılmayacaqdı. Materialları 2007-ci ilin mətn redaktorunda yığmışdım. 
Təqdimat hazırladım. Təqdimat başlayan vaxt netbukum söndü. Nootbuk gətirdilər. Gah projektoru tanımadı, gah yanıb keçdi. Sonda projektor söndü. Şifahi məlumat verməli oldum.

Bütün çətinliklərə baxmayaraq materiallar haqqında iki ay yetərincə danışdım. Lakin, sonda mənə dedilər ki yuxarıdan (Allahdan deyil) qorxurlar, sənəd verə bilməzlər. Düzü çaşdım, yazdıqlarımdan şübhələndim. Materiallara bir daha baxdım. Çinayət tərkibi görmədim!

Fikirlərimi aydınlaşdırmaq üçün şəxsiyyətinə hörmət etdiyim bir müəllimimlə görüşdüm. Hadisəni danışdım. Məsləhət istədim. O məni dinlədikcə tutuldu, rəngi qaraldı. Bir necə dəqiqə alnını sıxıb dayandı. Susdu. Mən onda başa düşdüm ki niyə doğmalarım bu işlərdən əl çək deyirlər!
Hekayədəki problemlər bütün işlərimdə məni izləyir, sanki xəbərdarlıq etmək istəyirdilər. Təəssüf ki anlamırdım, yenə də çox vaxt anlamıram. 
O vaxtlar iş böyüdükcə problemlərin böyüyəcəyini bilmirdim. Üstəlik "siyasət”dən baş açmadığımdan buralardakı danışıq, davranış qaydalarını da bilmirdim. Yaşadığım mühitdə anlaşılmasam da kimsə xətrimə dəyməzdi. Buradakı özündən razı danışıqları qəbul edə bilmirdim. Dəfələrlə hər şeyi atmaq istədim yoldaşların mənəvi dəstəyinə, kəndin iztehzasına görə dözdüm. Bu haqda qeyd dəftərimdə yazmamışam. Amma deyərlər islanmışın yağışdan nə qorxusu. İndi yazım.

Əvvəlcədən qeyd edim ki, rastlaşdığım şəxslərlə nə qədər problemim olsa da indi onları hörmətlə xatırlayıram. Həyatda pis insan yoxdu. Pis şəraitin, mühitin təsir edib yetişdirdiyi adamlar var. 
Planetlə çoxdan tanış olsam da, məkanı sevsəm də, ucu- bucağı görünməyən binadakı ilk görüşümüzün uğursuz keçdiyini yəqin "Qorxu” qeydindən anladınız. Buraya növbəti gəlişim də yazdıqlarımı təsdiqlətmək- "sevdirmək” üçün idi.
Görüşdüyüm şəxs işi özümə verib məni təsdiqləyici quruma göndərdi. Qurum rəhbərinin adını dedi, zəng etməyimi məsləhət gördü. Həyətə düşənə kimi rəhbərin adi ilə familiyasının yerini dəyişik xatırladım. Xatırladığım kimi müraciət edədə çox əsəbi səs eşitdim.  Kəndimə qayıtmalıydım. Dəfələrlə zəng etdim. Axşamüstü cavab aldım. Görüşdük. İlk sözü tapşırığın onun üçün əhəmiyyəti olmadığı oldu-zəngi nəzərdə tuturdu. Zənglərə isə işi olduğundan cavab verməyibmiş. Xeyli baxdıqdan sonra məni tanıdığını dedi. Yerlə göy arasında əlaqə yaradan bir verlişdə bir yerdə olmuşuqmuş. Ona ilk kitabımı da vermişəmmiş. Mən də onu xatırladım. Xarakterindəki sərtliyi qəbul etməyə çalışdım-atamın da sərt xasiyyəti vardı. 
Sənədlərin hamısını baş bina verməyibmiş. Xatırladım ki onu işi tezləşdirmək üçün məndən əvvəl yollayacaqlarını demışdilər. O şəxs isə hələ gəlməmişdi. Sabaha qaldı. Səhəri gün zəng edəndə çox qəzəbli səs eşitdim. 
- Şəxsiyyətim mənimçün hər işdən üstündür! Mənimlə bu tərzdə danışa bilməzsiniz! – dedim.
Aradan xeyli vaxt keçdi. O planetə böyük bir tədbirə getmişdim. Psixoloq tanışımla görüşdüm. 
- Biz beləyik özümüzdən aşağıdakına, bizdən asılıya yuxaridan aşağıya baxırıq. – dedi. – Sən onunla yenə danış. Artıq sakitləşmiş olmalıdır. 
Görüşdük. Dəyişmişdi. Söhbət arası:
- Möhkəm xətrimə dəydin. – dedi. 
Sonra iş üçün gedəndə səhvləri tapmışdılar. Düzəliş lazım idi. Düzəlişi hamıdan çox mən istəyirdim. Nə qədər olsa da kitab mənim idi. Düzəliş isə bir həftəlik iş idi. Gedib-gəlmək mənimçün problem idi. Bir gün gecəni də dincəlməyib işlədim. Qeyd olunmuş məsələrı düzəltdim. Səhər zəng edəndə inanmadı. Sərt danışığına dözə bilmirdim. Qardaşım işin nə yerdə olduğunu bildi. Orda işləyən dostuna tapşırdı. Dostu mənə nə olub necə kömək edim deyəndə heç bir kömək lazım deyil kobudluq etməsin dedim. İşi bu yerə gətirib yarımçıq qoymaq istəmirdim. 
İşləri götürüb yanına getdim. Münasibətinə görə üzr istədi. Amma bir günə işləyə biləcəyimə inanmadı. Başqa yolum yox idi. İşləri yanında qoyub birbaşa evə yola düşdüm. Yarıyolda maşın qırıldı. Axşama qədər yolda qaldıq. Axşam zəng etdi. Sabah gəliməyimi istəyirdi. Yolda qaldığımı dedim. İmkan oldu başqa maşınla geri qayıtdım. Yol yoldaşlarından çox utandım. Onlar böyük ehtimal mənim işimin tərsliyindən yolda qalmışdılar.
Səhəri yeni tapşırıq verib:
- Bunları işlə gəl! – dedi. 
İşləməyə narazı deyildim. Sadəcə burada qadın olduğumu, uzaqdan gəldiyimi, bəlkə heç qalmağa yerim olmadığını fikirləşən yox idi. 
Yenidən qayıdışım bir aydan çox çəkdi. Razılıq aldım. Lakin məsuliyyət kitabın redaktoru olan xətrini çox istədiyim müəllimimin üstündə qalmaq şərti ilə. Müəllimim üçün qorxdum, kağızı qaytarmaq istədim, əziyyətimə heyfim gəldi.  
Təsdiqləyici şöbədən böyük binaya gəldim.
- Başqa sənədlər hanı? – dedilər. O bu binada kitab üçün gəlişimdə ilk tanış olduğum, məni şöbəyə göndərən şəxs idi. 
- Mənə verilən bunlardı.
- Onlarsız bunu qəbul edə bilmərəm.
- Bütün sənədlərin sürəti məndə var.
- Onlar olmalıdır...
Şöbə ilə danışdıq.
- Sabah gəl. - dedilər. 
Sənədlər tapılmadı. Rəhbər iclasa getmişdi. 
- Bütün sənədlərin sürəti bir çoxlarının əsli varımdı, gəririm... – dedim.
- Onlarsız iş qəbul edilməyəcək! - dedi.
Deməli, bu qədər əziyyəti boş yerə çəkmişdim. O vaxt keçirdiyim hisləri heç bir sözlə ifadə etmək mümkün deyil. Həyətdə heç kimin olmadığı yerə çəkilib hirsimdən ağladım. İki gənc oğlan yaxınlaşdı. Yaxşı ki heç nə soruşmadı. Dünyasını dəyişmiş ikinci qardaşımın səsini eşitdim. Sakitləşdim. Bu planetdə böyük qardaşım kimi qeydimə qalan Ustadıma zəng etdim. Materialları ona verəcəkdim. Kitabı yalnız öz razılığımla nəşr etdirmək istəyirdim.
- Səbirli ol! – dedi. – Artıq komissiyadan keçib.
Rəhbər gəldi. İşin nə yerdə olduğunu bildi. Yanımda danışdılar.
Eşitdiyim:
- Tövbə-tövbə, atasına lənət...  – sözləri oldu. – Bunu mən çox incitdim daha bəsdi. Nə yazmışam onu da verin. Mən tapşırıram...
O sənədlərin necə olduğunu bilmədim. Son gün ora bir iş gətirmişdilər. Gördüm sənədlər sahibinə qaytarılır. Mənim sənədlərim işi gətirəndə məndə deyildi. Onu sonra başqa adam gətirməli idi. Bunu yazıram və fikirləşirəm ola bilər sənədlər həmin şəxsdə olub.
İş bununla bitmirdi. Sənədləri böyük binaya verib yekun təsdiqi gözləmədən qayıtdım. Bu yerdə kitab məsələsini yekunlaşdırmaq istəyirəm. Bircə onu deyim ki ordakı problemlər qədər də öz planetimdə problemlərim vardı. Hərdən mənə elə gəlirdi bütün kainat üstümə gəlir. Dəxli oldu-olmadı hamı əksimədir. Bu haqda  çox danışıb xırdacılıq etmək istəmirəm. 
Xatırlayırsızsa kitabın təsdiqi dan ulduzunun yerdəki nümayəndəsi olmaq üçün idi. Səhvi o yerdə etmişdim ki bu yolun yolçusu olmuşdum. Pis alınmasın yazılarımla, kitablarımla məni qiymətləndirəcəklərdən çox hallarda üstün idim. Sözlərimə görə gözəl şəxsiyyəti, təmiz ruhu olan sadə komissiya üzvlərindən üzr istəyirəm. 
Onlardan biri son vaxtlar bütün tanışlarla əlaqəni kəsdiyimə görə zəng belə etmədiyim gözəl insandır. O, dan ulduzanda gedən islahatları əks etdirən informasiya agentliyinin rəhbəridir. 
Məsəl var deyərlər ilan ilandı quyruğunu tapdayanda sancır. Əslində ilan sakit heyvandı. Əcəli yetməyəni sancmır. Ancaq tapdananda əcəli yetizdirir - Allah günahımdan keçsin. Söylədiklərim və söyləcəklərim hadisələr sonda məndə haqsızlıqlara qarşı mübarizə ruhu yaratdı. Nə etdimsə bəzi yoldaşlar fikirləşdi ki kimsə məni öyrədir. Hamı ilə o gözəl insanla da əlaqəni kəsdim ki meydanda tək qalım. Qoy özünü üstün bilən yuxarı planetlilər bir qadına qalib gəldiklərinə görə özlərini qəhrəman sansınlar.
Hələ hekayəmizin sonu deyil. Yuxari planetdəkiləri bir neçə cümlə ilə ifadə edib qeyd dəftərimdəki təəssuratlarımı sizlərlə paylaşacağam. İkinci il işlərim sadəcə alınmırdı. Söhbət planet sakinləri ilə münasibətdən getmir. Əl atdığım yer fəza belə olsa yanır, getdiyim məkan dağılırdı. Hərdən mənə elə gəlirdi Tanrı səbrimi sınayır. Mən heç vaxt dini ayinləri yerinə yetirməmişəm. Amma Allahın varlığını bütün varlığımla hiss etmişəm, onu ürəkdən sevmişəm, ondan heç vaxt heç nə istəməmişəm, yenə də istəyim yoxdu. Bu hekayəni yazdığım Ramazan ayında da onu yanımda, qəlbimdə hiss edir, sözsüz ki onun istəyi ilə yazıram.

Təsadüf
         Rayonda:
         - Get səndən xoş xəbər gözləyirik! – dedilər.
         - Nəzərə alın ki, şansım yoxdu.
         Yarızarafat-yarıciddi:
         - Yaradıcı xanım, müəllimlik də yaradıcılıqdır. Özünü göstər. – söylədilər. – Ürəyin nə deyir?
         - Heç nə...
         - Yaradıcı insanlar Allaha yaxın olurlar. Nəsə hiss etməlisən.
        Astadan:
         - Sağlıq olsun... – deyib söhbəti kəsdim. Boş ümidi xoşlamadım. Həm də nədənsə narahat idim.   
         Dan ulduzuna gəldim. Binaya tez çatmaq üçün bala ulduzu çağırdım. Sürücü yolu itirdi. Gecikdim.
         Təqdim olunacaq materiallar kompyutere yüklənəndə flash kartım açılmadı. Mövzunu diskdən götürdük. Təqdimatda isə kompyuter dondu. Tutuldum. Yerə ötürmək üçün olan çəkilişlər fikrimi yayındırdı.
         Başçı:
        - İmkan verin danışsın sonra çəkərsiniz! – deyəndə bir az sakitləşsəm də fikirlərim dolaşmışdı.
         Aşağı bal aldığımı eşidəndə təəccübləndim. Çünki, "Yeni virtual dünyaya niyə məktəbdən başlamayaq?” mövzusunun gərəkli olduğunu zənn etmişdim. Lakin, 10 dəqiqəlik çıxışı 6 dəqiqəyə yekunlaşdırdığımı və riyaziyyatdan çox az danışdığımı öyrənəndə reallıqla barışdım.
        - Qismət deyilmiş!
        Xəbərdarlıqları anlaşaydım bəlkə, səhvlərimi düzəldərdim. Görünür Yaradana o qədər də yaxın deyiləmmiş. Maraqlısı isə sonrakı hadisələri də anlamamağım oldu.
        Müxtəlif yerlərdən birgə işləmək təklifi aldım. Xalaoğlu bu cür işləməkdənsə, elmi iş götürməyin məsləhət olduğunu dedi. Səhərisi qərarsız lazımı yerə müraciət etdim.
        Nəhayət, evə qatarla qayıtmağı planlaşdırmışdım. Bilet alarkən oğlumun sənədində anlaşılmamazlıq oldu. Yer satıldı. Yol yoldaşım dokturluq işinin müdafiəsinə hazırlaşan gözəl bir qadın oldu. Ünsiyyətcil xanım yol boyu məni danışdırdı və mudafiə üçün real imkanlarım olduğunu dedi.
        Bir neçə gün keçdi. Olub-keçənləri bir yuxu zənn edib unutmaq istədim. Lakin, nədənsə qeyri-adiliyi ilə seçilən o xanımdan narahat idim. Zəng etdim.
       - Allah razı olsun! – söylədi. – Evdəyəm... Təsadüfi görüşümüz düşərli oldu. Elmi işimi müdafiə etdim.
       - Sağ olun! Şadam! – dedim. - Həyatda təsadüfi heç nə yoxdu.
       Sözlər öz düşüncələrimi də aydınlaşdırdı.
      - Təsadüflər taleyimizdir.  – deyə fikirləşdim. – Onu anlamalı deyil yaşamalıyıq.
Beləliklə, ikinci ili başa vurdum. Günahı özümdə gördüm, susdum. Baxmayaraq ki, yuxarı planetdə məndən çox günahlılar onların yerdə nümayəndəsi seçildiyini gördüm. Başqaları nə işim? Mən kimsənin haqqını tapdaya bilməzdim. Bu yerdə gördüyüm bir hadisəni qeyd etmədən keçə bilmirəm. Tanışların arasında hər cürü vardı-layiqliləri, ...  Biri lap gözə girirdi. Yaşlı xanım idi. O, heç planetlərarası fəzanı idarə edəcək düymənin harada yerləşdiyini belə bilmirdi. 
Planet haqqında çalışaram yaxşı fikirlər yazım, alınmır. Bir dəfə oraya səfərimdə binada saf  baxışları olan gənc xanım gördüm. 
Soruşdum:
- Kimsiniz?
Cavab verdi.
- Təzəyəm...
Sonradan onu görəndə üzünün ifadəsi dəyişmişdi, qapı dinləyirdi.
Nəhayət, balları-qiymətləri ilə heç vaxt razılaşmayacağım, heç bir izahı qəbul etməcəyim üçüncü il gəldi. Qeyd edim ki burda seçim üç mərhələdə idi. 
Birinci mərhələdə sözün əsl mənasında sənədlərə baxırdılar... 
Üç kitabım-indi yazdığım beşinci kitabımın materiallarındandır, qazet və jurnallardakı məqalələrim, mükafatlarım, internetdəki işlərim-saytlarım, qlobal şəbəkələrdəki işlərim..., yaşadığım planetdəki işlərim, konfraslarda çıxışlarım, beynəlxalq səviyyəli tədbirlərdə iştirakım nəzərə alınmamış, 3-5 günə əldə edilməsi mümkün olan sertifikatlar axtarılmışdı –baxmayaraq ki onların da əsasları varım idi. Ümumiyyətlə, bizim planet kainatın sonunda olduğundan onları əldə etmək çətin idi. Onlar üçün dan ulduzuna gəlmək isə bizdəki qaranlıqsevərlərin əlindən imkansız idi-mənim üçün. Yuxarıdakılar baş bilən olaraq qiymətləndirmədə məkanı nəzərə almaylıydılar.
İkinci mərhələ bacarığını göstərmə idi. Dan ulduzunun nur zərrəcikləri olan uşaqlarına dərs keçdim. İntellektual uşaqlar idilər. Onlara dan ulduzunun qanunlarına uyğun, lakin özüm istədiyim, nur zərrəciklərinin qəlbinə uyğun dərs keçdim. Nəticə yüksək oldu. Mövzu 99% mənimsənildi. 1% - i mənə tutulan səhvlərə ayırıram. Bizi izləyənlər nur zərrəciklərinin əllərini sıxıb, alınlarından öpdülər. Mənə bir kəlmə sağ ol da deyən olmadı. Sonda məqalə yazıb hər işinin yaxşi getdiyini işıqlandırmağı tapşırdılar. Yazıramsa mənə deyilən nöqsanları da yazmalıyam. Yer ləhcəsində danışmağım, nur dənəciklərini özüməməxsus üsulla qiymətləndirməyim, maili piramidanın hündürlüyünün oturacağına maili olmağını deməyim idi. Ləhcəyə dilim öyrənmişdi. Qiymətləndirmənin texnologiyaların inkişaf etdiyi bir dövrdə vaxt aparması elə yuxarıdakılar üçün gülünc idi. Elmi səhvi qəbul etdim. Fikrim dolaşmışdı. Axı əvvəlcədə qeyd etdim ki biz xüsusi dərs keçdik. Nur zərrəcikləri kainatdan yeni materiallar tapdılar. Az vaxta onları analiz etmək çətin oldu. İş inkişaf üçün olduğundan məncə o bağışlanılan səhv idi. 
Üçüncü mərhələdə uşaqlıqdan həsəd apardığım dan ulduzuna nifrət etdim. Buna bacarığını təsdiqləmə mərhələsi demək olardı. Yəni səni seçirik, nəyə görə? 
Diqqət etdinizsə, hekayədə nə ad, nə də dəqiq məkan var. Yalnız hər kəlməsinin arxasında durmağa hazır olan MƏN varam. Kimlikləri bəlli etməmək üçün detalları açıqlamayacağam. 
İstənilən sivil ölkədə "Baş qoşduğum işdən nə qazandım?” sualına özündə cavab tapmalısan. Əsəri izlədizsə burda mənim qazancımın əsasən əsəb olduğunu gördünüz. Nikbinliyə qapılmayıb qazancımın nə olduğunu demək istəyirdim ki üç illik mübarizəm yadıma düşdü. Bir anlıq hər şeyin gözəl olduğunu deyib yalan danışmağı bacarmadım. 
- Üç ildi müsabiqədə iştirak edirəm. – dedim. Dan ulduzundakı elə üç ildi keçə bilmədiyim başqa müsabiqənin rəhbəri nə deyəcəyimi duydu.  Üzünü yana çevirib güldü. Nə deyəydim Allah həmişə hamısına gülüş versin! Bir az da insaf! Davam etdim.  – Göyün yerdə nümayəndəsi olmaq istəyi məni hər sifətdə adamla tanış olmaq imkanı verdi. Pedaqoji işlərimə təkan verdi. Yeni məktəblərlə, fərqli dünyagörüşü olan uşaqlarla tanış oldum. İKT-nin dərsə tətbinin uğurlu nətəcələrini əyani gördüm. 
Təmtəraqlı təşəkkür etdim. Kənddən gəldiyimi, etdiklərimi, bu yerə qədər öz gücmə gəldiyimi əlavə etdim. Deyəsiz söz sarə simə toxunmuşdu. Hamı gülürdü.
Sonra təkliflərimi etdim.
1) Müəllimlər, şagirdlər və valideyinlər arasında  həm real, həm də virtual əlaqə yaradılmalıdır 
2) Məktəblərdə görüşlər keçirilməli, valideyinlərə və şagirdlərə kurikulumun məqsədi, vəzifələri, tələbləri açıqlanmalıdır. 
3) İKT biliklərini artırmaq üçün məktəblərdə müəllimlər və şagirdlər kurslar təşkil edilməlidir. 
4) Məktəblər təhlükəsiz internet paketləri ilə təmin edilməli, dərslərdə elektron vəsaitlərdən, internetdən istifadə edilməlidir. 
5) Azərbaycan dilli elektron resursların zənginləşdirilməsi üçün müəllim və şagirdlərin işi birləşdirilməli, vahid mərkəzdən idarə edilməlidir. 
Qiymətlər oxunanda mənimçün aşağı bal oxundu. İşimi bilirdim.
-  Çəkilişi verin Dan ulduzunun özünə şikayət edəcəyəm! – dedim. Bir neçə dəqiqəyə bal qalxdı. Səhv eşitdiyimi düşünüb üzr istədim. Sonra çəkilişə baxdım ki səhv eşitməmişəm. Kimsənin günahına girmək istəmirəm. Nümayəndəliyin demək olar ki heç birini tanımıram. Bu yanlışlıq ola bilərdi. Amma inanmadım və yenə də inanmıram. Başa düşdüyüm yeqanə həqiqət isə keçəcəklərə-layiq oldu olmadı əvvəlcədən yuxarı qiymət yazılması oldu. Çox az numayəndənin əziyyətlə seçidiyini gördüm. Maraqlısı isə seçiləsi olmayanın 0.00 balının çatmaması idi.  
Bu ilki seçimin sonu məlum deyil. Nəticələr isə artıq məni maraqlandırmır. Nə olur-olsun o olacaqları dəyişdirməyəcək, keçirdiyim əzabları əvəz etməyək, sağlamlığımı qaytarmayaqdır.
Bəli bu hadisələr mənə təsir etdi. Əhvalım dəyişdi. 
Qeyd dəftərimdən:
Əsl müəllim - ağ saçlar
- Salam, müəllim!
- Salam, qızım...
- İşdəsinizmi?
- Yox, iş vaxtı qurtarıb, evdəyəm. Nə olub?
- Üstünuzə sağlıq bir az başım ağrıyır...
- Gəlirəm.
- Yox, narahat olmayın. Sabah gələrsiz...
Həmişə tələbə kimi gəldiyim xəstəxanaya xəstə kimi gəlmək mənə qəribə gəldi. Bir tərəfdə dayanıb növbəmi gözlədim. Özümü unutdum, xəstələrin ağrılarıni hiss etdim. Əvvəllər növbəsiz keçərdim. Heç kim narazılıq etməzdi. Mane olmurdum, öz işlərimlə məşqul olur, həkimin məsləhətlərini dinləyir, kömək edirdim.
İçəri keçdikdə müəllimimin ağarmış səçları diqqətimi çəkdi. 15 ildən çox idi onu görməmişdim. Məni unutduğunu sanırdım. 
- Qızım, axı sənə əsəblərini qorumağı tapşırmışdım!
- Bacarmadım...
- Yaş necədir? – Tək-tək ağarmış saçlarıma baxıb: - 40 olubmu? – dedi.
- Bəli, qocalamışam... – Gülümsədim.
- Nə qocalmaq. Sən ki hələ gəncsən... Qızım, ağ saçlar hər kəsə qismət olmur. Onunçün yaşamaq lazımdır.
Bu yerdə atamın:
- Qızım, nə qədər böyüsən də mənimçün uşaqsan! – deməsi yaddıma düşdü.
Müəllimimin doğması kimi məni qarşılamasından  utandım – uzun illər onu axtarmamışdım. 40 yaşımda bir daha anladım ki, əsl müəllim həqiqətən ikinci valideyindir və o tələbəsini ağ saçlı da olsa da gənc sanır.
Artıq Allahımın və əsl müəllim olan həkimimin köməyi ilə sağlığıma qovuşmuşam. Daxilən sakitləşmək üçün bu əsəri yazdım. Yazdım ki məndən başqa kimsənin başına gəlməsin.  Burda yenə yazmadığım çox mətləblər var ki onlari yalnız sahibləri anlayacaqlar. 
Onlara üzümü tutub deyirəm.
- İnsanlığınız, vicdanınız olsun! Başqalarının əsəbləri, taleləri ilə oynamayın! Allahdan qorxun!
  Bir vaxt mənə demişdilər ədəbiyyatın məqsədi yalnız problemləri deyil, həmçinin onun həll yolunu göstərməkdir. Yazdıqlarımı ədəbiyyat nümunəsi adlandırmıram. Burada hadisələrin bağlı verilməsi üçün bütün sərhədlər qırılıb. Problemi isə göstərmişəm. Həlli isə bu və bu kimi hadisələrin təkrarlanmamasıdır!
Əsəri "Yazmasam ölərəm, yazsam öldürərlər!” adlandırmışam. Yazmasam həqiqətən ölərdim. Yazdım Dan Ulduzunun sakinləri öldürə bilərlər. Onlarçün bir ölü artıq, biri əksik fərqi yoxdur. Orda olanda anladığım bir həqiqət də onların yerdən yuxarıya qalxmaları idi. Əslində elə də olmalı idi. Kainatdan gələsi deyildilər ki – ona böyük ürək lazimdir! Bu sözlərimi yet planetindəki böyük İNSANdan və İNSANLİQDAN üzr istəyərək yazıram!
Hekayəm burda yekunlaşır. Sonuna nöqtə qoymaq istəyirəm ki yeni işimin adını böyük hərflə başlayım - həyatın nöqtəni nöqtələrə çevirməməsini arzulayaraq...
Müəllif: Quliyeva Nurlan
 

Просмотров: 522 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva