Cümə, 03.05.2024, 18:29
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2012 » Iyun » 29 » Yollar (hekayə)
09:20
Yollar (hekayə)

Evimiz dörd yol ayrıcında yerləşırdi. Meşəyə gedən yol əks istiqamətdən kəndimizin içərilərinə doğru uzanaraq rayonla şəhəri birləşdirən yolları kəsirdi. Uşaqlıqda mənə elə gəlirdı bütün yollar evimizin yanından keçir. Sonsuz görünən yollara baxaraq xəyallara dalırdım.

Anamsa:

- Can balam, yollara bu qədər baxma! – deyirdi. – Yollar səni aparar!

Hərdən anamın mənə baxaraq için-için ağladığını hiss edirdim.

Bir dəfə atama:

- Uşağın fikri yollardadır. – söylədi. - Yollar balamı aparacaq!

- Bu hardan çıxdı. – Atam hirsləndi.

- Sənə deməmişəm, onun köbəyini quşlar aparıb. Balam uçub gedəcək.

- Yaxşı, bəsdi! İndi hansı zamandır ki sən belə şeylərə inanırsan?

- Taleyimizi Tanri yazir, zaman yox...

İllər ötdü. Tale yolumu daşlı-kəsəkli yollardan saldı. Reallıqda keçdiyim bütün yollarımın röyalarımda evimizin başına dolandığını gördüm.

Nəhayət, vətənimdən ayrılacağım gun yetişdi. Keçəcəyim yolun ata ocağına aparacağın görmək istəyi ilə yatdım. Səhəri başım dumanlı ayıldım. Yuxularımı xatırlamırdım.

Anamı xəyal edib: 

- Niyə məndən küsmüsünüz! – deyərək yenidən yuxuladım.

- Oğul, bizi atırsan!

- Qayıdacağam, anacan...

- Sağlıq olsun! – Anamın səsi titrədi. Urəyim parçalandı. Onu qucaqlayıb qəlbimin sızıltısına doyunca ağlamaq istədim. Lakin o, daş kimi ağırlaşıb yerimdən tərpənməyə imkan vermədi. 

Astadan:

- Qəlbim, səni daşımaq çox çətindir! – dedim.

Səbirlə işin sonunu gözləyən atam əsəbi dilləndi.

- A bala, burada işləyə bilmirsən. Xaricə getmək haradan çıxdı. Bəs o, necə olacaq?

Susdum...

Metrodakı hadisəni xatırladım.

Sıxlıq idi.

- Qolumdan tut! - dedim.

Kədərli idi. Qızarmış gözlərini gizlətməyə çalışıb başını aşağı saldı.

- Narahat olma! Yıxılası yer yoxdu.

Xəyala daldığından harada olduğumuzdan xəbərsiz idi. Növbəti stansiyada qolundan tutub birtəhər basabasdan çıxdım. Lakin, düşərkən yanımda çaşqın-çaşqın mənə baxan qocanın tənəsini eşitdim.

- Sağ ol, a bala! Məni hara çəkirsən?

Geri qayıtmaq istədim. Qapılar bağlandı. O vaxt yollarımızın bir gün beləcə ayrılacağını fikirləşib ondan uzaqlaşmağa çalışdım.

- Oğul, ayıl! Soyuq olar...

- Haradasız, anacan! – Yuxulu cavab verdim. - Niyə bu gecə xəyal yolum evimizdən keçmədi?

- Xəyallarına qurban olum, bala! Qərib yollar vətəndən keçməz!

Məni soyuq tər basdı. Bu vaxt saat zəng çaldı. Ayıldım. Getməliydim.

- Reallıq budur! – söyləyib məni yoldan saxlayacaq bir möcüzəyə ümid edərək hazırlaşmağa başladım.  

Прикрепления: Şəkil 1
Просмотров: 533 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0
1 Brandonbig   (08.04.2024 00:39) [Материал]
herbal ephedrine <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> drug rehab ontario

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva