Şənbə, 18.05.2024, 07:55
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Bölmələr
Elm, mədəniyyət və incəsənət [1]
Elm, mədəniyyət və incəsənət
Ədəbiyyat [1]
Bütün ədəbi dövrlər və janrlar
İnternet - şəbəkə ədəbiyyatı [3] Dünya ədəbiyyatı [0]
Təsviri incəsənət [0] İncəsənət [0]
Fəlsəfə [0] Din [0]
Kulturologiya [0] Mədəniyyətin başqa sahələri [0]
Riyaziyyat [4]
Yeni pedaqoji texnologiyalarla
İnformatika [2]
Təqdimatlar [16]
Təqdimatlar
e-Kitabxana [4]
Video [0] Vergi Dostları [1]
Vergilər Nazirliyi
Digərləri [0]
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » Файлы » Təqdimatlar

Ən böyük ortaq bölən
[ Скачать с сервера (3.05 Mb) ] 12.05.2012, 22:12

Bu gün müəllimlər qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi vəzifələr durur. Pedaqoji texnologiyalar çoxdur və onların hamısının öz məqsədi və istiqaməti vardır. Təhsil islahatının əsas məqsədlərindən biri ənənəvi yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir. Təfəkkür isə konstruktivizm nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə  görə, sinifdə müəllim yox, şağird əsas götürülür. Konstruktor sözü özü də yaradıcı öyrənmə mənasını verir. Nəzəriyyə şüurla bağlı olan psixologiyadan, təhsilə dair təqdiqatlardan, nevroloğiya elmindən qidalanır. Təhsilə fərdi yanaşmanı üstün tutur. Konstruktivizm nəzəriyyəsinin əsaslandığı sosial  və koqnitiv (idraka əsaslanan) fərziyyələr öyrənmədə mühüm rol oynayır və öyrənmə nəzəriyyəsi kimi qəbul olunub. Riyaziyyat əqlin inkişafında mühüm rol oynadığından beynin məşqidir və bu nəzəriyyədə özünü doğruldur. Mövzunu anlayıb başa düşmək, onu biliyə çevirərək tapşırıqları həll etmək üçün güclü təsəvvürə malik olmaq, xəyalında canlandırdığın obyekt haqqında mühakimə yürütmək, faktları dəqiqləşdirib mövzuya tətbiq etmək lazımdır. Bu isə konstruktiv nəzəriyyəsinin əsaslandığı konqnitiv (idraka əsaslanan) nəzəriyyənin, öyrənmək, qabaqcadan xəbər vermək, araşdırmaq, yaratmaq, təhlil etmək kimi prinsipləridir. Riyaziyyat fənni öz daxilində idraka əsaslanan elmdir, onun özülü qədimdən  yaradıcılıq üzərində qurulub . Bu gün Azərbaycan təhsilində aparılan islahatlarda müəllim şagird yaradıcılığına böyük önəm verir. Müəllim öz dərsinə yaradıcı yanaşarsa, sözsüz ki şagirdlər də sinifdə müəllimin bu yanaşmasına yaradıcı cavab verəcəklər. Buna misal 6 sinifdə konstruktiv təlimlə apardığım "Ən böyük ortaq bölən” mövzusündakı dərsi göstərmək olar.
Konstruktiv təlim texnologiyası özundə interaktiv texnologiyanı da ehtiva etdiyi üçün burada fərdi yaradıcılıq ictimailəşərək genişlənir və daha da dərin çalarlar yaradır.
Dərsin məqsədi: şagirdlərin "ortaq bölən” haqqındakı biliklərini ortalığa çıxartmaq və onları zənginləşdirərək yeni biliyə çevirmək; şagirdlərin komandalarda qarşılıqlı fəaliyyətlərini inkişaf etdirmək.
Konstruktiv təlimdə dərs iki hissədən ibarətdir. Dərsin birinci hissəsi axtarış elementi ilə başlayır. Dərsin bu hissəsində qarşıya qoyduğum məqsəd: şagirdlərin bölən haqqında biliklərini ortalığa çıxartmaq və yeni mövzünün bilik sistemində yerini taparaq onu sistem çərçivəsində inkişaf etdilməsi üçün şərait yaratmaqdır.
Öncədən dərsin dizaynını cəkərək hansı sualları, və tapşırıqları verəcəyimi  müəyyən etmiışdim. Sinif 4 nəfərdən ibarət komandalara bölünəndən sonra komandaların gapalı və acıg müzakirə strukturunda işləyəcəyini bildirdim.                                                                                                 
Dərsin birinci hissəsi axtarış elementi ilə başlayır.  Dərsin bu hissəsində qarşıya qoyduğum məqsəd, şagirdlərin bölən haqqında biliklərini ortaya çıxartmaq və onları inkişaf etdirmək idi. İlk sualım belə oldu.
Ardı təqdimatda:

Категория: Təqdimatlar | Добавил: aslan
Просмотров: 846 | Загрузок: 505 | Рейтинг: 3.0/1
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Nurlan_Quliyeva's 71 album on Photobucket
Forma
Axtarış
Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva