Bazar ertəsi, 29.04.2024, 14:49
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Bölmələr
Elm, mədəniyyət və incəsənət [1]
Elm, mədəniyyət və incəsənət
Ədəbiyyat [1]
Bütün ədəbi dövrlər və janrlar
İnternet - şəbəkə ədəbiyyatı [3] Dünya ədəbiyyatı [0]
Təsviri incəsənət [0] İncəsənət [0]
Fəlsəfə [0] Din [0]
Kulturologiya [0] Mədəniyyətin başqa sahələri [0]
Riyaziyyat [4]
Yeni pedaqoji texnologiyalarla
İnformatika [2]
Təqdimatlar [16]
Təqdimatlar
e-Kitabxana [4]
Video [0] Vergi Dostları [1]
Vergilər Nazirliyi
Digərləri [0]
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » Файлы » Elm, mədəniyyət və incəsənət

Yaradıcı təhsil
04.05.2012, 21:17

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. Maddi, mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.

Dünyada gedən proseslər - qloballaşma və Avropaya inteqrasiya, İKT-nin müasir inkişafı elm və mədəniyyətlərarası sərhədləri demək olar ki götürmüşdür. Ona görə də, biz bu gün müasir tələblərlə ayaqlaşmasaq sabah gec olacaq. Şərq elmin, mədəniyyətin beşiyi olsa da indi öyrənməlidir!

Müasir təhsildə Amerika və inkişaf etmiş Avropa ölkələrinin yaradıcı öyrənməyə əsaslanan pedaqoji texnologiyalarının xüsusi rolu var. Konstruktiv təlim də bu cür pedaqoji texnologiyalardan biridir. Ölkəmizdə öyrənilir, milliləşdirilərək təhsil sistemimizdə tətbiq olunur. O konstruktivizm nənəriyyəsinin müddalarına – müəllifi Aleksandr Mixalevic Kandır( 1922) əsaslanır. Konstruktivm-konstruktor sözündən götürülüb. "Yaradıcı öyrənmə” deməkdir.

Konstruktiv təlimlə işləyən müəllim dərsi elə layihələndirməlidir ki, şagird tədris prosesində biliklərinə əsaslanaraq yeni biliklər yaratsın. Digər tərəfdən konstruktiv təlim  idraka əsaslanan təlimdir. Burada təfəkkür, təxəyyül mühüm rol oynayır.

Müasir aktiv və interaktiv dərslərdə öyrətmədən çox yaradıcı öyrənməyə üstünlük verilir. Sinifdə müəllim yox, şagird əsas götürülür. Bu cür yanaşma bəzən elə təsəvvür yaradır ki, müəllim işi arxa planda qalır. Əslində dərsi layihələndirmək, işlək formula yaratmaq, mövzunun təlimdə yerini taparaq araşdırmaq daha çox zəhmət tələb edir.

Fikrimcə konstruktiv təlimlə dərslər layihələndirilərkən aşağıdakı prinsiplər əsas götürülməlidir.

1) Dərsin mövzusu və məqsədi

2) Şagirdlərin tədris olunacaq mövzuya aid bilik və bacarıqları

3) Şagirdin idrakı-təfəkkür və təxəyyülü

4) İKT və əyaniliklər

Dərsdə vaxt bölgüsü düzgün aparılmalıdır.

1) Təlim üsulunu nəzərə almarla sinfin təşkili – 2 dəqiqə.

2) Mövzunun araşdırılması – 20 dəqiqə.

Araşdırma nəticəsində şagirdlər yeni biliklərini yaratmalı, onun hələ açıqlanmayan tərəfləri haqqında fikir söyləməlidirlər.

3) Biliklərin yoxlanması – 8 dəqiqə.

Şagirdlər əvvəlcədən hazırlanmış işçi vərəqlərində işləməlidirlər.

4) Təqdimat – 13 dəqiqə

Qrup tərəfindən seçilmiş lider və ya bütün qrup üzvləri işlərini təqdim etməlidirlər.

5) Ev tapşırığı - 2 dəqiqə.

6) Qiymətləndirmə - dərs prosesi boyu müxtəlif kateqoriyalara görə-əməkdaşlıq, fəallıq və s. müəllim tərəfindən aparılır. Təqdimatdan sonra şagirdlərin də rəyi nəzərə alınmaqla yekunlaşır.

Fikirlərimi III sinif riyaziyyat dərsliyin üzərində aydınlaşdırmaq istərdim.

III sinif – Həndəsi fiqurlar.

Kitabda bu mövzu ilə bağlı bir neçə dərs verilib. Həndəsənin stereometriya bölməsinə aiddirlər. Dərsi məqsədi fəza fiqurları - kub, düzbucaqlı prizma, piramida, silindr, konus, kürə ilə tanışlıqdır. Əvvəlcədən qeyd edim ki material III sinif üçün ağırdı.

Dərsi layihələndirərkən nəzərə aldım ki şagirdlər müstəvi fiqurları – üçbucaq və dördbucaqlılar, düz xətlərin qarşılıqlı vəziyyəti, bucaqların növləri haqqında bilirlər. Fəza fiqurları formasıda cisimləri həyatda görüblər.

Mövzuya başlamazdan əvvəl fəza haqqında məlumat verdim, tanış olacağımız həndəsi fiqurların fəza fiqurları olduğunu dedim. Fəza və müstəvi fiqurlarının fərqini aydınlaşdırdım. Yəni, şagirdlər bildilər ki müstəvi fiqurları müstəvi üzərində olur. Fəza fiqurları ya tamamilə fəzada yerləşir, ya da onu bir hissəsi müstəvidə bir hissəsi fəzada yerləşir.

Sinif otağı fəza fiquru üçün ən yaxşı misaldı. Şagirdlərdən otaq haqqında fikirlərini soruşdum. Aşağıdakı kimi cavab verdilər.

- Otaq altı düzbucaqlıdan ibarətdir. 8 təpəsi var. Hər təpədən 3 xətt çıxır. – Otağa oxşayan cisimləri sadalayırlar. – Kibrit qutusu, kitab, dəftər, su çəni və s.

Düzbucaqlıları üz, xətlərin üzləri birləşdirən tillər, qarşı-qarşıya olan üzlərin paralel və bərabər olduğunu izah edərək prizma anlayışını verdim.

Kuba üzləri kvadrat olan prizma( paralelepiped) kimi baxdıq. 6 kvadratdan, 8 təpədən, tillərdən ibarət olduğunu qeyd edirik.

Muasir dərslərdə əsas tədris vəsaiti dərsliklə yanaşı kompyuter və projektordur. Mövzunu tədris edərkən həndəsi fiqurların Paint, CorelDRAW X3 kimi proqramlarda şəklini çəkmək əlverişlidir.

Məsələn: piramida haqqında məlumat verərkən CorelDRAW X3 proqramında dördbucaqlı( istənilən çoxbucaqlı ola bilər) çəkib  alətlərdən istifadə edərək piramida aldıq.

 Ümumiyyətlə, Misir ehramlarına görə pramidanı şagirdlər tez qavrayırlar. Oturacağının 4 bucaqlı-istənilən çoxbucaqlı ola bilər, üzlərinin üçbucaq olduğunu deyirlər. Şəkil1.

                                     

                                                                                                                                                                         

Silindri düzbucaqlı şəklində fiquru bir tərəfi ətrafında fırlamaqla aldıq. Kompyutep qrafikası ilə çəkilmiş şəkil və kartondan hazırlanmış model təsəvvürü tamamladı. Şagirdlər cismin iki dairədən ibarət olduğunu dedilər. Üzü göstərmək üçün modeli kəsdim. Düzbucaqlı alınır.

Konusu düzbucaqlı üçbucağı düz bucaq əmələ gətirən tərəflərindən biri ətrafında  fırladıq. Şagirdlər dondurmaya, kosa papağına  bənzəyən cisim aldığımızı söylədilər. Oturacağın dairə olduğu göründü. Modeli kəsdik. Üçbucaq alındı. Beləliklə, konusun bir üzünün-oturacağının dairə, o biri üzünün-yan səthinin üçbucaq olduğunu aydınlaşdırdıq.

 

Mövzudakı sonuncu həndəsi fiqur kürədi. Dərsi maraqlı yekunlaşdırmaq üçün kürəni təmsilə, riyazi ifadələri bədii obrazlara çevirdim.

Ala-dəymış( Təmsil).

Qarpız yaşıl tağların arasından üfüqdəki Günəşə baxıb:

- Özümdən yoxdu! – dedi. – Kürəşəkilliyəm. Günəş də mənə bənzəyir.

Günəş qızarıb alov püskürdü. İsti nəfəsi külək olub Yer səthində əsdi. Bostanı oynatdı, tağları araladı. İsti küləkdən çətirsiz qalmış qarpız çatladı.

Yemiş:

- Nə oldu, Günəbənzər! – dedi.

Qarpız özünü sındırmadı.

- Nə olacaq ki! Şirinliyimdən çatladım. Nəinki Günəş, hətda kainat da mənə bənzəyir.

- Sənə yox, kürəyə.

- Kürə də məndədi, sfera da. – Çatını göstərdi. – Qabığım sfera, daxilim kürədi. – Şişərək iki yerə bölündü. Qırmızımtıl, kalımsoy idi. – Kəsiyim də dairədi. Diqqətlə baxsan dairənin kənarındakı çevrəni görərsən.

Yemiş istehza ilə:

- Tamam həndəsi fiqurlarmışsan ki! – söylədi.

- Sənsə uzaqbaşı ellips ola bilərsən...

Şamba söhbətin bu yerində dözməyib:

- Biz ellipsvari də oluruq, kürəşəkilli də! - söylədi. -  Sənsə qırmızımtıl, hələ yetişməmş qarpızsan.

Balacanın sözü Günəşə xoş gəldi. Nəfəsi ilə bostanı oxşadı.

Gülümsəyərək:

- Kalla da danışmaq asandı, dəymişlə də. – söylədi. - Vay aladəymış əlindən. Aladəymiş olmayın!

Yeni pedaqoji texnologiyalar təhsilə yeni forma, məzmun verir. İKT-ı tədrisi asanlaşdırır, keyfiyyəti artırır, geniş imkanları olan bir dünyaya pəncə açır. Bu dünyaya düz baxmaq üçün cəmiyyətimizi formalaşdırmalı, mükəmmməl təhsil sistemi yaratmalı, yeni təlim texnologiyalarından istıfadə etməliyik!

 

 

Категория: Elm, mədəniyyət və incəsənət | Добавил: aslan
Просмотров: 836 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Nurlan_Quliyeva's 71 album on Photobucket
Forma
Axtarış
Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva