Bazar, 28.04.2024, 12:48
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Bölmələr
Elm, mədəniyyət və incəsənət [1]
Elm, mədəniyyət və incəsənət
Ədəbiyyat [1]
Bütün ədəbi dövrlər və janrlar
İnternet - şəbəkə ədəbiyyatı [3] Dünya ədəbiyyatı [0]
Təsviri incəsənət [0] İncəsənət [0]
Fəlsəfə [0] Din [0]
Kulturologiya [0] Mədəniyyətin başqa sahələri [0]
Riyaziyyat [4]
Yeni pedaqoji texnologiyalarla
İnformatika [2]
Təqdimatlar [16]
Təqdimatlar
e-Kitabxana [4]
Video [0] Vergi Dostları [1]
Vergilər Nazirliyi
Digərləri [0]
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » Файлы » Ədəbiyyat

Fateh (fantastik povest)
[ Скачать с сервера (219.9 Kb) ] 31.08.2012, 23:36

Fateh (fantastik povest)

Yuxu

Kainatdakı qalaktikalar, sistemlər dəyişərək, planetlər fırlanaraq yaşasalar da sonsuzluqda sükünətdə idilər. Sükünətsə bəzən sükuta qərq olaraq səmanı dondurur, təbiəti, varlıqları fərqli göstərir, insanların şüuruna təsir edirdi.

Belə anlarda Gülnar ətraf aləmi yalnız hiss edir, həyatın qəribəliklərini duyur, zamana boylanıb yaxın və uzaq gələcəyi görür, reallıqdan uzaqlaşıb xəyallar aləminə düşür, xəyalən tanımadığı yerlərə uz tutur, sonsuzluğa doğru uzanan yollardan keçir, meşələrin üstü ilə uçaraq yaşıllığa qərq olmuş mənzərəli bir kənddə yerə enirdi.

Hər dəfə doğmalıq hiss etdiyi, runən bağlandığı bir ocağa baş çəkir, evin otaqlarını, bağ-bağçanı gəzir, eyvandan meyvə bağını, uzaqdan görünən meşəni, başı buludlara çatan dağları seyr edirdi.

 Gülnar şəhərdə doğulmuş və yalnız şəhər həyatı görmüşdü. Həkim olduğundan bilirdi ki, yuxugörmə xarici aləmdə və orqanizmdə gedən fizioloji proseslərlə bağlıdır. Xəyallar ayıq halda görülən yuxulardır. Heç vaxt görmədiyi yerləri necə xəyal etməsini anlamır, öz sirli dunyasında tənha yaşayırdı.

 Keçirdiyi hislərə həkim gözü ilə baxıb:

- Səbəbsiz nəticə olmur! –  deyirdi.

 O, öz üzərində müşahidə apararaq hiss və duyğularını araşdırdı. Sonda nəticələri ümumiləşdirib xarakteristika yazdı.

"Qəribəyəm. Həyatdan nə istədiyimi bilmirəm. Fərqli olduğumdan insanlar arasında özümə yer tapammıram. Sıradan birisi olmaq istəyirəm, bacarmıram. Hamı kimi düşünmək istəyirəm. Alınmır, xəyallar məni məndən alıb öz dünyasına aparır. Mənimlə ikinci bir mənin yaşadıqını hiss edirəm. O, məndən güclü, ağıllı, cəsarətlidir. Dostum, yoldaşım, sirdaşımdır. Kim olduğunu bilmək istəyirəm. İtirəcəyimdən qorxuram!”

Gülnar bilirdi ki, xəyallarının sirrini yalnız yuxuları aça bilər. İtirmək qorxusunu unudub röyalarını öyrənməyə başladı.

Bununçün yuxularının fazalarına nəzər saldı. 7-8 saatlıq yuxu 4-5 tsikldən ibarət olduğundan buna 5 gün vaxt sərf etdi. Tsiklin həm ləng, həm də tez yuxu fazalarını nəzərə aldı. Zəngli saatla gecənin müxtəlif vaxtlarında ayıldı. 2-3 gün həyatı (sevinci, kədəri, sarsıntıları) ilə əlaqədar röyalar gördü. Sonrakı günlərdə  xəyalən uçduğu yerlərdə oldu, qəribə  adamlarla görüşdü.

Dəyişkən simalara baxdıqca təəccüblə:

- Allahım, adamın da bu qədər üzü ola bilər! – dedi.

Qeybdən səs gəldi.

- Gördüyün simalar bir üzün arxasındadır. Adamların daxili aləmini əks etdirirlər. Həyatda Mənini tapmayanlar bu cür çoxüzlü olurlar!

Gülnar yuxularını izləməklə xəyallarının sirrini öyrənmək istəyirdi. Lakin şüuraltı duyğular onu yeni dünyaya apardı. Təxəyyülü reallığa çevrildi. Royadakı üzlərlə həyatda da rastlaşdı. Adamların düşüncələrini oxudu, çoxüzlü simalarından qorxdu.

O, işini yekunlaşdırdığını zənn edib 6-cı gün dərin yuxuya getdi. Ayılarkən əvvəlki həyatına qayıdacağına ümid edirdi. Yanılmışdı...

- Qızım, bu qədər də yatmaq olar! Dur!

- Yaxshı, anacan!

- İşə gecikəcəksən.

- Bağışla... – Heyrətdən dondu.- Anacan, çox gözəlsən!

- Nə?!

Gülnar anasının daxili dünyasında qonaq idi. Astadan:

- Qəlbini görürürəm! – dedi və onun köksündə sığındı. – İşıqlıdı, gözəldi.

 Məni səsləndi.

 – Anan özünü sizlərdə tapıb! Qəlbindəki işıq saf, əvəzsiz və təmənnasız ana sevgisidir!

Röyalardan ayıla bilməyən Gülnar sevginin nurundan xumarlandı. Qorxunc simaları görəcəyindən ehtiyat edib gözlərini bərk-bərk yumdu...

ardı qoşma fayldadır

 

 

 

 



 

Категория: Ədəbiyyat | Добавил: aslan
Просмотров: 484 | Загрузок: 88 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Nurlan_Quliyeva's 71 album on Photobucket
Forma
Axtarış
Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva