Çərşənbə, 01.05.2024, 10:03
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Bölmələr
Elm, mədəniyyət və incəsənət [1]
Elm, mədəniyyət və incəsənət
Ədəbiyyat [1]
Bütün ədəbi dövrlər və janrlar
İnternet - şəbəkə ədəbiyyatı [3] Dünya ədəbiyyatı [0]
Təsviri incəsənət [0] İncəsənət [0]
Fəlsəfə [0] Din [0]
Kulturologiya [0] Mədəniyyətin başqa sahələri [0]
Riyaziyyat [4]
Yeni pedaqoji texnologiyalarla
İnformatika [2]
Təqdimatlar [16]
Təqdimatlar
e-Kitabxana [4]
Video [0] Vergi Dostları [1]
Vergilər Nazirliyi
Digərləri [0]
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » Файлы » İnternet - şəbəkə ədəbiyyatı

Təsadüf - təqdimat
[ Скачать с сервера (5.31 Mb) ] 26.05.2012, 15:56
Təsadüf - təqdimat

         Rayonda:

         - Get səndən xoş xəbər gözləyirik! – dedilər.

         - Nəzərə alın ki, şansım yoxdu.

         Yarızarafat-yarıciddi:

         - Yaradıcı xanım, müəllimlik də yaradıcılıqdır. Özünü göstər. – söylədilər. – Ürəyin nə deyir?

         - Heç nə...

         - Yaradıcı insanlar Tanrıya yaxın olurlar. Nəsə hiss etməlisən.

        Astadan:

         - Sağlıq olsun... – deyib söhbəti kəsdim. Boş ümidi xoşlamadım. Həm də nədənsə narahat idim.   

         Bakıya gəldim. Nazirliyə tez çatmaq üçün taksi çağırdım. Sürücü yolu itirdi. Gecikdim.

         Təqdim olunacaq materiallar kompyutere yüklənəndə flash kartım açılmadı. Mövzunu diskdən götürdük. Təqdimatda isə kompyuter dondu. Tutuldum.

         Misir müəllim:

        - İmkan verin danışsın sonra çəkərsiniz! – deyəndə bir az sakitləşsəm də fikirlərim dolaşmışdı.

         Aşağı bal aldığımı eşidəndə təəccübləndim. Çünki, "Yeni virtual dünyaya niyə məktəbdən başlamayaq?” mövzusunun gərəkli olduğunu zənn etmişdim. Lakin, 10 dəqiqəlik çıxışı 6 dəqiqəyə yekunlaşdırdığımı və riyaziyyatdan çox az danışdığımı öyrənəndə reallıqla barışdım.

        - Qismət deyilmiş!

        Xəbərdarlıqları anlaşaydım bəlkə, səhvlərimi düzəldərdim. Görünür Yaradana o qədər də yaxın deyiləmmiş. Maraqlısı isə sonrakı hadisələri də anlamamağım oldu.

        Müxtəlif yerlərdən birgə işləmək təklifi aldım. Xalaoğlu bu cür işləməkdənsə, elmi iş götürməyin məsləhət olduğunu dedi. Səhərisi qərarsız lazımı yerə müraciət etdim.

        Nəhayət, evə qatarla qayıtmağı planlaşdırmışdım. Bilet alarkən oğlumun sənədində anlaşılmamazlıq oldu. Yer satıldı. Yol yoldaşım dokturluq işinin müdafiəsinə hazırlaşan gözəl bir qadın oldu. Ünsiyyətcil xanım yol boyu məni danışdırdı və mudafiə üçün real imkanlarım olduğunu dedi.

        Bir neçə gün keçdi. Olub-keçənləri bir yuxu zənn edib unutmaq istədim. Lakin, nədənsə qeyri-adiliyi ilə seçilən o xanımdan narahat idim. Zəng etdim.

       - Allah razı olsun! – söylədi. – Evdəyəm... Təsadüfi görüşümüz düşərli oldu.

       - Sağ olun! Şadam! – dedim. - Həyatda təsadüfi heç nə yoxdu.

       Sözlər öz düşüncələrimi də aydınlaşdırdı.

      - Təsadüflər taleyimizdir.  – deyə fikirləşdim. – Onu anlamalı deyil yaşamalıyıq.  

                                                                         Nurlan Quliyeva


Əlavələr: Şəkil 1
baxılb: 1ı Əlavə etdi: aslan | Reytinq: 5.0/1
Şərhlər: 1
0    
* 1 aslan   (Bu gün 15:34)
Almaz Hasret, Aydin Xan Ebilov, Ömer Ali Akbulut ve 2 kişi daha bunu beğendi. 

Fatma Khanim Bunyatova ‎- Təsadüflər taleyimizdir. – deyə fikirləşdim. – Onu anlamalı deyil yaşamalıyıq. Nəyə görə? 
20 saat önce · Beğenmekten Vazgeç · 3 

Aydin Xan Ebilov Tesadufi hech ne olmur - siz o musabiqenin finalina qeder gelib, sonra elmi ish goturmek hevesine dushmeliydiz... Uqurlar! Nedense kitabin mukafat almasi barede qisqancliqla susmusuz! ((( 
18 saat önce · Beğenmekten Vazgeç · 1 

Ömer Ali Akbulut ‎: 
SELAMÜN ALEYKÜM 
İNSANLAR TEDBİR ALIR, 
SEBEBLERE YAPIŞIR, 
TAKDİRİ BİLMEZ… 
CENABI ALLAHIN TAKDİRİ, 
İNSANLARIN TEDBİRİYLE DEĞİŞMEZ… 
SAYIN NURLAN MUSABAKAYI KAYBETSEDE, 
KİMSE SAYIN NURLANIN İNSANLIĞINA ERİŞMEZ… 
MUSABAKA KAYBEDİLEBİLİR AMA İNSANLIK DEĞİŞMEZ… 
www.tekbiraltinkaya.azbuz.com 
17 saat önce · Beğenmekten Vazgeç · 1 

Nurlan Quliyeva Münasibətinizə görə sağ olun, Fatma Khanim! Sizə böyük hörmətim var. Amma sualınıza cavab verə bilmirəm.Bağışlayın. Dərsdə çox danışmağıma baxmayın düşüncələrimi duyğularımı bölüşə bilmirəm. Əsərlərimdə onlardan yalnız bir parça olur. Bu hekayədə isə yazmadıqlarım yazdıqlarımdan çoxdu. 
59 dakika önce · Beğenmekten Vazgeç · 1 

Nurlan Quliyeva ‎Aydin müəllim, ümidvaram məndən inciməmisiniz. Kitablar müəllifləri üçün övladları qədər əzizdirlər. Övladımın uğurunu necə qisqana bilərəm? Susmamışam az danışmışam. Fatma xanımla Siz bu haqda yazırdınız. Mənsə sevinclə izləyirdim. O kitab Sizlərə də əziz olduğunu bilirəm. Sağ olun! Bu işlərin mənimçün nə qədər çətin olduğunu bilirsiniz. Olur ki bəzən "ağrıdan" susqunlaşırıq. 
30 dakika önce · Beğenmekten Vazgeç · 1 

Nurlan Quliyeva Salam Ömer müəllim! Sözlərinizə görə təşəkkur edirəm. Həmişə yazılarıma dəyər verirsiniz. Hər əsərin öz taleyi var. Onların necə yaranmasını bəzən özüm də bilmirəm. Siz isə oradakı gizli məqamları görürsünüz. Sağ olun! 
16 dakika önce · Beğenmekten Vazgeç · 1 
Nurlan Quliyeva İlin Dərs vəsaiti http://nuraz.ucoz.ru/news/i_lin_d_rs_v_saiti/2012-05-24-19 

İlin Dərs vəsaiti - 24 Мая 2012 - ELM, MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT 
nuraz.ucoz.ru 
12 dakika önce · Beğenmekten Vazgeç · 1 · 

http://www.facebook.com/notes....comment 

Nurlan Quliyeva Müsabiqənin necə yekunlaşmasından asılı olmayaraq Təhsil Nazirliyinə və xüsusilə də Misir müəllimə minnətdaram. Mukafata layiq gorülən kitabım riyaziyyata aid metodik vəsaitdir. Fikirlərimə hörmətlə yanaşdıqlarına görə təşəkkür edirəm. Aydın müəllim kitabımı müsabiqəyə təqdim etdiyinizə görə Sizə minnətdaram.

Категория: İnternet - şəbəkə ədəbiyyatı | Добавил: aslan
Просмотров: 1165 | Загрузок: 64 | Комментарии: 2 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Nurlan_Quliyeva's 71 album on Photobucket
Forma
Axtarış
Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva