MƏDƏNİYYƏT - FAYLLAR bölməsindəki bütün materiallar
FAYLLAR bölməsində yerləşdirilmişdir. Bu gündən satyda yerləşdirəcəyimiz materiallar haqqında əsas səhifədə məlumat verəcəyik.
Sadəcə arzulamaqla müxtəlif
saytlara baxır, qlobal şəbəkələrdəki profillərimdə statuslar yazırdım. Xatırladığım
son statusum belə idi. "Zamanımı suallarıma xərcləyirəm. Cavablarımdan yeni
suallar doğur. Son vaxtlar isə həyatın zaman və məkan daxilində mövcudluğuna
inanmaq istəyirdim. Lakin, İnternet və virtual aləm fikirlərimi qarışdırdı. Düşüdüm
ki, virtuallıqda zaman məkansız irəliləyirsə, varolma nisbidir".
Rəvayətə görə riyaziyyat ölkəsində funksiyalar ailəsi
yaşayırdı. Təfəkkür dünyasında onun mühüm yeri vardı. Ana arqumentlə ata
funksiya çox xoşbəxt idilər. Ata ana funksiyanın sərbəst fikirlərinə hörmətlə
yanaşır, ondan asılı olaraq dəyişirdi. Bir gün arqument müəyyən olunmuş səddi
keçdi. Funksiya ətrafındakıların qınağına tuş gəldi.